Akkreditiv və zəmanətlər


Aparıcı beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın sayəsində Yapı Kredi Bank Azərbaycan müştərilərə qabaqcıl beynəlxalq banklar tərəfindən təsdiqlənən akkreditivlər və zəmanətlər təklif edir.

Akkreditivlər


Yapı Kredi Bank Azərbaycan korporativ müştərilərə xarici ticarət üzrə aşağıdakı sənədli əməliyyatları təklif edir:
  • sənədli akkreditiv
  • beynəlxalq bank zəmanətləri
  • rezerv (stand-by) akkreditivlər
  • sənədli inkasso


Zəmanətlər


Yapı Kredi Bank Azərbaycan müştərilərə aşağıdakı zəmanət növlərini təklif edir:

İdxal zəmanətləri:
  • ödəniş zəmanəti (payment guarantee)
  • tender zəmanəti (bid bound)
  • öhdəliklərin yerinə yetirilməsinə zəmanət (performance bond)
  • avans ödənişin qaytarılmasına zəmanət (advance payment guarantee)
  • zəmanətli öhdəliklərin yerinə yetirilməsinə zəmanət
  • kredit vəsaitlərinin qaytarılmasına zəmanət


İxrac zəmanətləri

  • zəmanətlərin avizo edilməsi
  • digər bankların kontr-zəmanətləri əsasında zəmanətlərin vərilmesi


Sənədləşmə Prosedurası


Ticarətin maliyyələşdirilməsi üzrə sazişlərin sənədləşdirilməsi üçün müştəri banka müraciət edir. Kredit mütəxəssisi ilə ilkin görüşdən sonra akkreditiv və ya zəmanətin verilməsi üçün ərizə blankı doldurulur. Ərizədə ərizəçi haqqında, onun fəaliyyəti və maliyyə durumu, tələb olunan maliyyə vəsaitinin məbləği və hansı məqsədlə istifadə olunacağı haqqında məlumat verilir. Müştəri xarici tərəfdaşla imzalanmış, akkreditiv ilə hesablaşmanı və ya bank zəmanətinin alınmasını nəzərdə tutan müqaviləni banka təqdim etməlidir. İlkin təhlildən sonra kredit muraciətina bankın kredit komitəsində baxılır və qərar alındıqtan sonra maliyyə vəsaitinin verilməsinə başlanılır.