Əlaqə
Yapı Kredi'nin Vizyonu
Sabit böyümə və əlavə dəyər yaradaraq finans sektorunun lideri olmaq, müştərilərin və işçilərin ilk seçimi olmaqdır.
Yapı Kredi'nin Prinsipləri:
Azadlıq
Yapı Kredi işçisi düşüncələrini hər sahədə açıq və rahat şəkildə ifadə edə bilər. Bunun üçün uyğun yollardan konstruktiv şəkildə istifadə edər. Bankın prinsipləri çərçivəsində azad hərəkət edər və bankı gələcəyə aparacaq fəaliyyətlərdə iştirak edər.
Ədalətli olmaq
Yapı Kredi'li, iş yoldaşlarına, müştərilərinə və Yapı Kredi'nin əlaqədə olduğu tərəflərə, şəxsi mənfəətlərini güdmədən, fürsət bərabərliyini əsas alaraq, konsrtüktiv davranır; hər vəziyyəti obyektiv bir şəkildə dəyərləndirərək qərar verir. Yapı Kredi'li şirkət və cəmiyyət qarşısında məsuliyyətini yerinə yetirərkən verdiyi sözə və prinsiplərinə uyğun davranır.
Şəffaflıq
Yapı Kredi'li işi ilə əlaqədar məlumatları iş yoldaşları, müştəriləri və Bankın əlaqədə olduğu tərəflərlə gizlilik prinsipləri çərçivəsində açıq şəkildə və vaxtında bölüşür və əldə edilə bilən vəziyyətə gətirər.Yapı Kredili gerçək düşüncələrini də çəkinmədən ortaya qoyar.
Etibar
Yapı Kredi'li, bank bilgisi , bacarığı və şirkət dəyərlərinə olan bağlılığı ilə iş yoldaşları, müştəriləri və Bankın əlaqədə olduğu tərəflər arasında etibar yaradır. Məsuliyyət və səlahiyyət verdiyi insanlara etibar edir. Verdiyi sözü vaxtında, əksiksiz və şirkət prinsiplərinə uyğun olaraq ən yaxşı şəkildə yerinə yetirir. Yerinə yetirə bilməyəcəyi sözü verməz. Problemləri və səhvlərini üzərinə alar, həll edib nəticələri təqib edər.
Hörmət göstərmək
Yapı Kredi'li iş yoldaşlarının və müştərilərin demək istədiklərini kim olmaqlarından asılı olmayaraq anlamaq üçün dinləyər və hörmət göstərər. Öz görüş və fikirlərinin də eyni şəkildə diqqətə alınacağını bilir.
Adı
Soyadı
E-mail
Telefon
Text
Seçmək üçün