Hesablaşma-kassa xidməti


Yapı Kredi Bank Azərbaycan hüquqi şəxslərə hesablaşma-kassa əməliyyatları üzrə xidmətlər təklif edir

  • Hesabların manat, ABŞ dolları, avro və başqa valyutada açılması
  • Pul vəsaitlərinin hesaba nağd və nağdsız formada mədaxili
  • Azərbaycan daxilində və xaricə bank köçürmələrinin həyata keçirilməsi
  • Hesabdan nağd vəsaitin verilməsi
  • Hesab və əməliyyatlar üzrə arayış və çıxarışların, ödəmə sənədlərinin surətinin verilməsi
  • Valyutanın alışı və satışı üzrə multivalyutalı konvertasiya əməliyyatlarının həyata keçirilməsi
  • Bank əməliyyatlarının keçirilməsi üzrə məsləhətlərin verilməsi
  • İnkassasiya xidmətləri- müştərinin sifarişi əsasında pul vəsaitlərinin qəbulu və bir yerdən başqa yerə, o cümlədən müştərinin ofisindən Banka və əksinə daşınması


Hüquqi şəxslər üçün cari hesabın açılması qaydası

  • Cari hesabın açılması üçün hesabın açılması haqqında ərizə formasını doldurmaq, həmçinin aşağıdakı sənədləri Banka təqdim etmək lazımdır:
  • Vergilər Nazirliyində (1 yanvar 2008-ci il tarixinədək Ədliyyə Nazirliyində) qeydiyyatdan keçmiş Nizamnamə (notarial qaydada təsdiq edilmiş surəti)
  • Vergilər Nazirliyindən (1 yanvar 2008-ci il tarixinədək Ədliyyə Nazirliyindən) Dövlət Qeydiyyatı haqqında Şəhadətnamə (notarial qaydada təsdiq edilmiş surəti)
  • Vergilər Nazirliyi (1 yanvar 2008-ci il tarixinədək Ədliyyə Nazirliyi) tərəfindən verilmiş Hüquqi Şəxslərin Dövlət Reyestrindən çıxarış (notarial qaydada təsdiq edilmiş surəti)
  • Vergilər Nazirliyindən şəhadətnamə-dublikat (hər hesab növü üçün 1 nümunə)
  • Müəssisənin rəhbərinin və baş mühasibinin işə təyinatı barədə əmrdən çıxarış
  • Təsisçilərin şəxsiyyətini təsdiq edən sənədlər
  • Müəssisənin rəhbərinin və baş mühasibinin şəxsiyyətini təsdiq edən sənədlər
  • İmza və möhür nümunələri olan vərəqə (notarial qaydada təsdiq edilmiş) Hesablaşma-kassa xidmətləri Bank və Müştəri arasında imzalanmış müqaviləyə əsasən və müəyyən edilmiş tariflərə uyğun həyata keçirilir.