Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir!

30 oktyabr 2026

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir.

Bank bu məqsədlə Çinin maliyyə mərkəzi Şanxayda, dünyanın və Çinin ən böyük banklarından biri olan “Standard Chartered Bank”da Çin yuanı (CNY) hesabını açaraq beynəlxalq ödəniş imkanlarını genişləndirir. Yapı Kredi Bank Azərbaycan QSC-nin müştəriləri xarici ticarət üzrə ödənişlərini asanlıqla Çin yuanı valyutasında həyata keçirə, mübadilə xərclərini azaldaraq əməliyyat sürətini artıra biləcəkdir.

Bununla yanaşı, bankın geniş beynəlxalq müxbir bank şəbəkəsi vasitəsilə müştərilər Çin yuanından başqa, Birləşmiş Ərəb Əmirlikləri dirhəmi, Gürcüstan larisi, İsveçrə frankı, Kanada dolları, Yaponiya yeni, Avstraliya dolları, Norveç və İsveç kronları kimi digər valyutalarda da birbaşa köçürmələr həyata keçirə bilərlər. 

Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan Yapı Kredi Bank Azərbaycan QSC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir. 

Bankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.yapikredi.com.az saytından, *0444 Telefon Mərkəzindən və ya bankın “Instagram”, “Facebook”, “LinkedIn”, “Telegram” və “WhatsApp” sosial platformalarındakı rəsmi hesablarından əldə edə bilərsiniz.