Keşbek kampaniyası başladı!

02 noyabr 2026

02 noyabr – 02 dekabr 2026-cı il tarixlərində Yapı Kredi Bank Azərbaycan tərəfindən Mastercard kart sahibləri üçün sektoral keşbek kampaniyası keçirilir.

02 noyabr – 02 dekabr 2026-cı il tarixlərində Yapı Kredi Bank Azərbaycan tərəfindən Mastercard kart sahibləri üçün keşbek kampaniyası keçirilir.

Kampaniya çərçivəsində ölkədaxili restoran, market, yanacaqdoldurma məntəqələri və geyim mağazalarında həyata keçirilən uyğun ödənişlərə 3% və 5% keşbek təqdim olunur.

Kampaniyada iştirak edən sektorlar

  • Marketlər: 5411, 5422, 5412, 5297, 5499
  • Restoran və kafelər: 5811, 5812, 5813, 5814
  • Yanacaqdoldurma məntəqələri: 5541, 5542
  • Geyim mağazaları: 5137, 5611, 5621, 5641, 5651, 5655, 5691, 5699, 7296, 5631, 5661

Kampaniya şərtləri

  • Kampaniya yalnız Mastercard loqolu debit və kredit kartlarına şamil olunur. Biznes kartlar kampaniyada iştirak etmir.
  • Kampaniya çərçivəsində ölkədaxili POS-terminallarda yalnız tokenləşdirilmiş (rəqəmsal cüzdan vasitəsilə həyata keçirilən) ödənişlər nəzərə alınır.
  • Kampaniya həm Bankın üzv ticarət obyektlərində, həm də digər banklara məxsus POS-terminallarda keçərlidir.
  • Bir kart üzrə kampaniya müddətində qazanıla biləcək maksimal keşbek məbləği sektor fərqi olmadan 30 AZN təşkil edir.
  • Bank tərəfindən təqdim edilən keşbek üzv ticarət obyektlərinin təqdim etdiyi digər keşbeklərdən yararlanmağa mane olmur.
  • Bank əməkdaşlarının (Staff) kartları da kampaniyada iştirak edir.
  • Gün ərzində qazanılan keşbek məbləğləri müvafiq mühasibatlıq prosesindən sonra bir neçə gün ərzində müştərinin keşbek balansına köçürülür.
  • Məhsul və ya xidmətin geri qaytarılması, əməliyyatın ləğvi, texniki nasazlıq və digər oxşar hallarda Bank ödənilmiş keşbek məbləğini müştərinin balansından geri tutmaq hüququnu özündə saxlayır.