Güzəştli Kreditlər

Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kredit

Güzəştli kreditlər

Enerji Məsələlərini Tənzimləmə Agentliyi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının 9 iyul 2021-ci il tarixli 359-VIQ nömrəli Qanununda nəzərdə tutulan istiqamətlər üzrə tədbirlərin həyata keçirilməsi üçün müvəkkil kredit təşkilatları vasitəsilə Enerji effektivliyi fondunun vəsaiti hesabına fiziki və hüquqi şəxslərə illik faiz dərəcəsi 5 %-dək olmaqla güzəştli kreditlər verir.

Güzəştli kreditlər vasitəsilə maliyyələşdirilən istiqamətlər:
 •    enerji effektivliyi üzrə tədbirlərin və dövlət proqramlarının icrasının dəstəklənməsi;
 •    enerji menecmenti sisteminin tətbiqi;
 •    ağıllı sayğacların və sistemlərin tətbiqi;
 •    kogenerasiya və yüksək effektiv kogenerasiya qurğularının tətbiqi;
 •    bərpa olunan enerji mənbələrindən istifadə.

Kreditin növü Məbləğ (AZN) MüddətGüzəşt müddəti
Kiçikhəcmli kreditlər 1 000 – 50 000 5 ilədək6 ay
Ortahəcmli kreditlər 50 001 – 1 000 000 10 ilədək12 ay
Böyükhəcmli kreditlər 1 000 001 – 10 000 000 15 ilədək24 ay
Güzəştli kredit tələblər