“Yapı Kredi Bank Azərbaycan” dan aztəminatlı və şəhid ailələrinə növbəti dəstək.

21 iyul 2026

“Yapı Kredi Bank Azərbaycan” dan aztəminatlı və şəhid ailələrinə növbəti dəstək.

“Yapı Kredi Bank Azərbaycan” özünüməşğulluq proqramı çərçivəsində 2-si şəhid ailəsi olmaqla 4 aztəminatlı ailəsini öz biznesini qurmaq üçün lazımi avadanlıqlarla təmin etmişdir.
 
Bakı şəhəri, Sumqayıt şəhəri və Binəqədi rayon sakinləri olan Hüseynova Zərifə, Əmrahova Gülnar, Mustafayev Rövşən və Nəcəfova Əfsanə ilə fərdi dərzi atelyesinin yaradılması üçün bank tərəfindən onlarla danışıqlar aparılmış və təqdim olunan plan əsasında həmin şəxslər bütün lazımi avadanlıqlarla təchiz edilərək, bizneslərini qurmağa imkan yaradılmışdır.