“Yapı Kredi Bank Azərbaycan” QSC daha iki aztəminatlı xanıma öz biznesini qurmaqda dəstək oldu!

21 iyul 2026

“Yapı Kredi Bank Azərbaycan” QSC daha iki aztəminatlı xanıma öz biznesini qurmaqda dəstək oldu!

Sumqayıt şəhərində və Abşeron rayonunda öz dərzi atelyesini qurması üçün iki xanıma lazım olan avadanlıqları təqdim edilmişdir. Kiçik sahibkar olaraq fərdi dərzi atelyesinin yaradılması üçün bank tərəfindən onlarla danışıqlar aparılmış və təqdim etdikləri plan əsasında bütün lazımı avadanlıqlarla təchiz edilərək kiçik bizneslərini qurmağa imkan yaradılmışdır.
 
“Yapı Kredi Bank Azərbaycan” təməl dəyərlərindən biri olan korporativ sosial məsuliyyət prinsipini əsas götürərək, layihədə yaxından iştirak etməyə qərar vermişdir.