İpoteka krediti
İpoteka krediti
Hər birimizin evi olsun deyə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu Vəsaiti hesabına Yapı Kredi Bank Azərbaycan ipoteka məhsulu təklif edir. Azərbaycan Respublikasının
İpoteka və Kredit Zəmanət Fondu vəsaiti hesabına verilən ipoteka kreditin şərtləri:
| İpoteka krediti | |
|---|---|
| Məbləğ | 150 000 AZN-dək (güzəştli ipotekada 100 000 AZN-dək) |
| Müddət | 36 – 300 ay (güzəştli ipotekada 36 - 360 ay) |
| Faiz dərəcəsi | 8% (güzəştli ipotekada 4%) |
| İlkin ödəniş | Adi və güzəştli kreditlərdə 20% |
| Ödəniş qaydası | Annuitet (aylıq bərabər hissələrlə) |
İpoteka Kreditinin ilkin qiymətləndirməsi üçün Tələb Olunan Sənədlər:
1. Borcalanın (borcalanların) şəxsiyyətini təsdiq edən sənəd
2. Nigahın bağlanması (və ya subaylıq) barədə şəhadətnamə
3. Borcalanın (borcalanların) yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri
4. Borcalanın (borcalanların) əmək müqaviləsi və ya onun iş yerinin kadrlar idarəsi tərəfindən təsdiq edilmiş əmək kitabçasının surəti( yalnız güc strukturları və xüsusi dövlət idarələrindən bu sənəd tələb olunur).
5. Borcalanın (borcalanların) gəlirlərini təsdiq edən sənədlər (əsas və əgər varsa, əlavə iş yerindən arayış, əmək haqqı kartlarından bank çıxarışları son 12 ay üzrə).
6.Dəyərləndirmə zamanı Bank tərəfindən əlavə sənədlər tələb oluna bilər qeydi olsa daha doğru olar.
Borcalan güzəştli kateqoriyaya aid olduqda əlavə olaraq təqdim olunmalı sənədlər:
1. Borcalanın güzəştli kateqoriyaya aid olmasını təsdiq edən sənəd.
Borcalan (borcalanlar) fərdi sahibkar olduqda:
1. Sahibkarın vergi orqanlarında qeydiyyatdan keçdiyi barədə şəhadətnamənin surəti;
2. Vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi.
- Tələblər
1. İpoteka predmeti yalnız mənzil və ya fərdi yaşayış evi ola bilər