Nağd əməliyyatlar

Nağd pula ehtiyacınız olduğu zaman, Worldcard-ınızdan nağd avans çəkə bilər, 3-12 ay arası sabit taksit və çox uyğun faizlərlə rahat bir şəkildə geri ödəyə bilərsiniz. Bundan əlavə aylıq taksit məbləğini və neçə taksitdə ödəyə biləcəyinizi göstərən ödəniş planı ilə ödənişinizi rahat bir şəkildə izləyə bilərsiniz. Taksitli nağd avans əməliyyatını bütün Yapı Kredi Filialları və bankomatları vasitəsilə apara bilərsiniz.


Taksitli Nağd Avans

  • Taksitli nağd avans əməliyyatı üçün çəkə biləcəyiniz minimal məbləğ 100 AZN-dir.
  • Taksitli nağd avans əməliyyatı, kredit kartı üçün müəyyən edilmiş nağd çıxarış limitindən çıxılır.
  • Taksitli nağd avans əməliyyatı kart istifadəçisinin əməliyyat zamanı istifadə edə biləcəyi nağd çıxarış limiti ilə məhdudlaşdırılır.
  • Taksitli nağd avans əməliyyatı nağd çıxarış statusuna sahib olduğu üçün, bu əməliyyata görə nağd çııxarış haqqı da təyin olunacaqdır. Nağd çıxarış haqqını öyrənmək üçün buraya daxil olun.
  • Taksitli nağd avans əməliyyatında bal tətbiqi yoxdur.
  • Hissələr hər ay kredit kartının dövri borcuna əlavə edilir.
  • Kredit kartı son ödəniş tarixində, ödəniş edilmədiyi və ya natamam ödəniş edildiyi halda, hesab faktura tarixinə əsasən dövri borc daxilində ödənməmiş taksitli nağd avans hissə məbləğinə mövcud nağd avans faizi tətbiq olunmağa başlayacaqdır.
  • Əməliyyat başa çatdıqdan sonra ləğv etmə və ya geri qaytarılma tətbiq olunmayacaq, yalnız erkən ödənişlə bütün borcun bağlanması mümkün olacaqdır. Borcun qismən bağlanması qəbul edilməyəcəkdir.
  • Erkən ödəniş edildiyi halda, nağd çıxarış üçün əməliyyat haqqı və erkən ödəniş tarixinə qədər göstərilmiş faiz geri qaytarılmır. Yalnız, erkən ödəmə tarixindən sonra göstəriləcək olan faiz miqdarı ləğv edilə bilər.
  • Taksitli nağd avans əməliyyatının aparıldığı gün erkən ödəniş həyata keçirilə bilməz.
  • Taksitli nağd avans çəkmə imkanı bütün filiallarımız və bankomatlarımızda mümkündür.


Worldcard nağd çəkim limiti

Açıqlama Worldcard Gündəlik ATM nağd limiti Worldcard Gündəlik ATM nağd limiti (xaricdə)Worldcard Gündəlik nağd-avans limiti (ATM, Internet Bankçılıq, Filial)Worldcard Gündəlik nağd-avans limiti (ATM, Internet Bankçılıq, Filial)
Classic 500 5002,000.00100.00%
Gold 1,000.00 1,000.003,000.00100.00%
Platin 5,000.00 5,000.005,000.00100.00%

Worldcard Classic-lə istədiyiniz zaman limitinizin 100%-ni nağdlaşdıra bilərsiniz.

Worldcard Gold-la istədiyiniz zaman limitinizin 100%-ni nağdlaşdıra bilərsiniz.

Worldcard Platinium-la istədiyiniz zaman limitinizin 100%-ni nağdlaşdıra bilərsiniz.

Birdəfəlik Satış

Müştəri (kart sahibi) ticarət obyektindən pərakəndə satış qiyməti 100 AZN olan mal almaq və onun dəyərini 1 ay ərzində Banka ödəmək istəyir.

Bu zaman Ticarət obyekti POS terminal üzərindən Satış funksiyasını seçir, məbləğ ekranında satılan malın qiymət kağızında göstərilən pərakəndə satış qiyməti POS-a daxil edilir. Malın pərakəndə satış qiymətinin üzərinə heç bir əlavə haqq və ya faiz əlavə edilmir.

Əməliyyat üzrə Üzv ticarət obyekti tərəfindən satılan malın pərakəndə satış qiymətinə tətbiq olunan və həmin satış qiymətindən tutulan Üzv ticarət obyekti ilə Bank arasında bağlanmış müqavilə üzrə müəyyənləşdirilmiş bonus faizinə düşən keşbek məbləği müvafiq sistem tərəfindən avtomatik olaraq üzv ticarət obyektindən kart sahibinin xeyrinə tutulur (hesabına köçürülür).

Kart sahibi tərəfindən malın pərakəndə satış qiyməti həcmində götürülən kredit məbləği Bank tərəfindən müəyyənləşdirilmiş müddət ərzində tam ödənilməzsə həmin kreditə müəyyənləşdirilmiş faizlər tətbiq ediləcəkdir.

Taksitli Satış

Müştəri (kart sahibi) ticarət obyektindən alış-veriş edir və onun dəyərini taksitlərə bölərək Banka ödəyir. Ticarət Obyektindən asılı olaraq 2 taksitdən 12 taksitə qədər bölmək olar. Malın pərakəndə satış qiymətinin üzərinə heç bir əlavə haqq və ya faiz tətbiq edilmir.

Kart sahibi tərəfindən malın pərakəndə satış qiyməti həcmində götürülən kredit məbləğinin müəyyən edilmiş taksitləri Bank tərəfindən təyin edilmiş müddət ərzində tam ödənilməzsə həmin kreditə müəyyənləşdirilmiş faizlər tətbiq ediləcəkdir.

Satılan mala görə POS-terminalın qəbzində əks olunmuş yekun satış qiyməti həcmində kart sahibi tərəfindən götürülmüş kredit, ödəmə taksitlərinə düşən məbləğ müəyyənləşdirilmiş müddətlərdə tam ödənilməzsə ödənilməmiş taksityə əlavə faizlər hesablanır.

Pərakəndə Satış Qiymətinə Taksitli Satış

Müştəri (kart sahibi) ticarət obyektindən pərakəndə satış qiyməti 100 AZN olan mal almaq və onun dəyərini misal olaraq 12 ay ərzində Banka ödəmək istəyir.

Bu zaman Ticarət obyekti POS terminal üzərindən Taksitli Satış funksiyasını seçir, məbləğ ekranında satılan malın qiymət kağızında göstərilən pərakəndə satış qiyməti və taksitlərin sayı POS-a daxil edilir.

Malın pərakəndə satış qiymətinin üzərinə heç bir əlavə haqq və ya faiz əlavə edilmir. Üzv ticarət obyekti ilə Bank arasında bağlanmış müqavilə üzrə müəyyənləşdirilmiş komisyon və faizlər eləcə də müştəriyə (kart sahibinə) çatası və Üzv ticarət obyekti tərəfindən ödənilməli olan balı bu əməliyyatın sonunda POS terminalın qəbzində görünən malın pərakəndə satış qiymətindən tutularaq qalan məbləğ üzv ticarət obyektinin hesabına köçürülür.

Kart sahibi tərəfindən malın pərakəndə satış qiyməti həcmində götürülən kredit məbləğinin müəyyən edilmiş taksitlər Bank tərəfindən təyin edilmiş müddət ərzində tam ödənilməzsə həmin kreditə müəyyənləşdirilmiş faizlər tətbiq ediləcəkdir.

Faizli Taksitli Satış

Müştəri (kart sahibi) ticarət obyektindən pərakəndə satış qiyməti 100 AZN olan mal almaq və onun dəyərini misal olaraq 12 ay ərzində Banka ödəmək istəyir.

Bu zaman Ticarət obyekti POS terminal üzərindən Faizli Taksitli Satış funksiyasını seçir, məbləğ ekranında satılan malın qiymət kağızında göstərilən pərakəndə satış qiyməti POS-a daxil edilir, bundan sonra taksitlərin sayı POS-a daxil edilir və POS tərəfindən həmin taksitlərin sayına görə Bank tərəfindən müəyyənləşdirilmiş faizə düşən məbləğ avtomatik olaraq POS tərəfindən pərakəndə satış qiymətinin üzərinə əlavə edilir.

Əməliyyat üzrə Üzv ticarət obyekti tərəfindən satılan malın pərakəndə satış qiymətinə tətbiq olunan və həmin satış qiymətindən tutulan Üzv ticarət obyekti ilə Bank arasında bağlanmış müqavilə üzrə müəyyənləşdirilmiş keşbek faizinə düşən keşbek məbləği müvafiq sistem tərəfindən avtomatik olaraq üzv ticarət obyektindən kart sahibinin xeyrinə tutulur (hesabına köçürülür).

Satılan mala görə POS terminalın qəbzində əks olunmuş yekun satış qiyməti həcmində kart sahibi tərəfindən götürülmüş kredit, ödəmə taksitlərinə düşən məbləğ müəyyənləşdirilmiş müddətlərdə tam ödənilməzsə ödənilməmiş taksitə əlavə faizlər hesablanır.

Üzv Ticarət Obyekti Tərəfindən Pərakəndə Satış Qiymətinə Əlavələr Tətbiq Edilməklə Həyata Keçirilən Taksitli Satış

Üzv ticarət obyekti Worldcard-la satış həyata keçirərkən malın qiymət kağızında göstərilən pərakəndə satış qiymətindən müştəri (kart sahibi) ilə razılaşdırılmaqla fərqli (daha yüksək) qiymətlər tətbiq edə bilər.

Bu zaman POS terminalda öz əksini tapmış yekun satış qiyməti kart sahibi tərəfindən Bankdan götürülmüş kredit hesab edilir.

Ödəmə hissələrinin sayına görə Bankla Üzv ticarət obyekti arasında bağlanmış müqavilə ilə müəyyənləşdirilmiş Banka çatası faiz üzrə məbləğ eləcə də müştəriyə (kart sahibinə) çatası və Üzv ticarət obyekti tərəfindən ödənilməli keşbek məbləği də POS terminalın qəbzində öz əksini tapmış yekun satış qiymətindən tutulur.

Satılan mala görə POS terminalın qəbzində əks olunmuş yekun satış qiyməti həcmində kart sahibi tərəfindən götürülmüş kredit, ödəmə hissələrinə düşən məbləğ müəyyənləşdirilmiş müddətlərdə tam ödənilməzsə ödənilməmiş taksitə əlavə fazilər hesablanır.