Sahibkarlığın İnkişafı Fondunun (SİF) güzəştli kreditlərindən Yapı Kredi Bank Azərbaycan vasitəsilə yararlanmağa tələsin!

20 yanvar 2026

Biznesin inkişafı üçün illik cəmi 5%-lə kredit imkanı!

Əsas şərtlər:

Kreditin məbləği - 10 milyon manatadək

Kreditin müddəti - 10 ilədək

İllik faiz dərəcəsi - 5 %-dək

Güzəşt müddəti - kredit müddətinin yarısınadək

 Kreditləşmə üçün iqtisadiyyatın sahələri üzrə prioritet istiqamətlər:

 - Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarında, dövlət proqramlarında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarında nəzərdə tutulan istehsal, emal və xidmət sahələrinin dəstəklənməsi;

- qeyri-neft sənaye sahələrinin inkişafı üzrə istehsal və emal (o cümlədən aqrar emal) yönümlü layihələrin dəstəklənməsi;

- kənd təsərrüfatı sahəsinin inkişafı üzrə istehsal yönümlü layihələrin dəstəklənməsi;

- logistik xidmət layihələrinin dəstəklənməsi;

- anbar komplekslərinin yaradılması yönümlü layihələrin dəstəklənməsi;

- rəqəmsal inkişaf və innovasiya yönümlü layihələrin dəstəklənməsi;

- turizmin inkişafı üzrə layihələrin dəstəklənməsi;

- balıqçılıq və akvakultura yönümlü layihələrin dəstəklənməsi;

- yaşıl layihələrin maliyyələşməsi.

Tələb olunan sənədlər:

  • Sahibkarlıq subyektinə aid məlumatların Fonda ötürülməsinə dair sahibkarın razılığını təsdiq edən sənədin əsli;
  • 200 min manatadək kreditlər üzrə sahibkarlıq subyektinin investisiya layihəsinə dair məlumat, 200 min manatdan böyük kreditlər üzrə biznes plan;
  • “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş kredit hesabatı;
  • VÖEN-in surəti;
  • Şəxsiyyət vəsiqəsinin surəti;
  • Biznesə subyektinə aid digər sənədlər.

Dövriyyə vəsaiti üçün kreditlər (müddət və məbləğlər biznesin mövcüd və ya yeni olmasından asılı olaraq dəyişir):

1) Kənd təsərrüfatı məhsullarının istehsalına dövriyyə vəsaitləri üçün verilən güzəştli kreditlər üzrə:

Maksimum məbləğ – 100 000 manat

Maksimum müddət – 36 ay

2) Sənaye məhsullarının istehsalı və emalına (o cümlədən aqrar-emal) dövriyyə vəsaitləri üçün verilən güzəştli kreditlər üzrə:

Müddət məbləğ – 500 000 manat

Maksimum müddət - 24 ay

3) Turizmə verilən güzəştli kreditlər üzrə:

Müddət məbləğ – 500 000 manat

Maksimum müddət – layihədən asılı olaraq

Avadanlıq krediti

Məbləğ – 3 000 000 manatadək

Faiz dərəcəsi – 9%

Güzəşt müddəti – 12 ayadək

İlkin ödəniş – avadanlıq dəyərinin 20%-i (yerli istehsal avadanlıqlar üçün 10%)