Trendyol ilə 10% keşbek kampaniyası!
Trendyol ilə 10% keşbek kampaniyası!
12 dekabr 2024 - 8 yanvar 2025 tarixləri arasında Trendyol platforması vasitəsilə həyata keçirilən əməliyyatlarda bütün müştərilərimizə 10% məbləğində keşbek qazanacaqdır.
Kampaniya ilə bağlı ətraflı şərtlər aşağıdakı kimidir:
- Kampaniya müddətində Trendyol platformasında edilən əməliyyatlar nəticəsində kart müştərilərimizə 10% məbləğində keşbek təqdim ediləcəkdir.
- Kampaniya yalnız Trendyol-un rəsmi veb saytı və mobil tətbiqi üzərindən edilən alış-verişlər üçün keçərlidir.
- Kampaniyada bankımızın bütün növ kartları (həm debit, həm kredit) iştirak edir.
- Kampaniya həm VISA, həm də Mastercard kartları üçün keçərlidir.
- Həm fiziki şəxslər, həm də hüquqi şəxslərə məxsus kartlar kampaniyaya daxildir.
- Bir müştərinin kampaniya çərçivəsində əldə edə biləcəyi maksimal keşbek məbləği 30 AZN-dir.
- Qazanılmış keşbek məbləğləri kampaniya bitdikdən sonra müştərilərin kartlarına köçürüləcəkdir.
- Geri qaytarılmış (iadə edilmiş) əməliyyatlar kampaniya çərçivəsində nəzərə alınmayacaqdır.
Daha ətraflı məlumat üçün *0444 əlaqə saxlaya bilərsiniz.
Hər kəsə uğurlu alış-verişlər arzu edirik!