Daşınmaz əmlak krediti

Yapı Kredi Bank Azərbaycanın daşınmaz əmlak krediti ilə yaşayış və ya digər daşınmaz əmlakınızı daha rahat maliyyələşdirin.

Hər gün işdən sonra uşaqlarınızla xoş anlar keçirmək üçün evə tələsirsiniz... Dünyanı belə gəzəndə ev üçün darıxırsınız... Ən yaxşı yeməkləri evdə yeyirsiniz... Həyatda öz evinizin olmasının nə gözəlliyi var?! Həyatınızı öz evinizdə qurun!

Daşınmaz Əmlak Krediti
Məbləğ 15.000 AZN-dən başlayaraq
Müddət 3-120 ay
Faiz dərəcəsi 13%-dən başlayaraq
FİFD min. 14.4%- max. 22.2%,
İlkin ödəniş 30% (ilk mənzilinizi alarkən - 15%-dən başlayaraq)
Zamin Tələb olunmur

İstisna hallarda Yapı Kredi Bank Azərbaycan girov tələb edə bilər.

Girov predmeti:

  • Daşınar və daşınmaz əmlak
  • Müddətli və müddətsiz əmanətlər

Zamin olmadan kredit əldə edə bilən şəxslər:

  • Dövlət qulluqçuları
  • Müəllimlər
  • Yerli və xarici neft şirkətlərində, rabitə, telekommunikasiya, İT və digər sahələrdə fəaliyyət göstərən şirkətlərdə çalışan şəxslər
  • Bank əməkdaşları
  • Yapı Kredi Bank Azərbaycan-dan əməkhaqqı alan müştərilər

Qeydlər:

  • Bank kreditin məbləği, müddəti və digər meyarlardan asılı olaraq girov, zamin və müvafiq sənədlər tələb etmək hüququna malikdir.
  • Maksimum müddət kreditin məbləğindən və digər amillərdən asılı olaraq Bank tərəfindən qısaldıla və ya müəyyən edilə bilər.
  • Avtomobil krediti, restrukturizasiya krediti, daşınmaz əmlak krediti, dövlət ipotekası (güzəştli və güzəştsiz) və əmanət təminatlı kreditlər bu kateqoriyaya daxil deyil.
  • Kartı olmayan və kreditlə birlikdə kart əldə edən müştərilər bu kateqoriyaya aid edilmir.
  • Bu kredit növü yalnız aktiv kart sahiblərinə şamil edilir.
  • Hazırda kartı aktiv olmayan müştərilərə bu kredit növü şamil edilmir.
  • Bu kredit növü mövcud Classic, Gold, Platinum kart sahiblərinə, eləcə də həmin kartlara bağlı əlavə kart istifadəçilərinə şamil edilir.
  • Kreditin şərtlərindən asılı olaraq müxtəlif illik faiz dərəcələrinin tətbiqi nəzərdə tutulur.

AR Mərkəzi Bankı tərəfindən verilmiş 243 nömrəli lisenziya.