Şikayət və Təkliflər

İstehlakçı Müraciətlərinə Baxılmasına Dair Qaydalar

Isteklakçıların hüquqlarının müdafiəsi bölməsi tərəfindən istehlakçıların müraciətlərinin qəbulu üçün maksimal çıxış imkanları yaradılmalı, müraciət vasitələri məhdudlaşdırılmamalıdır.

İstehlakçı müraciətlərinə baxılması və cavablandırılması məqsədi ilə istehlakçı banka minimal olaraq özü və müraciəti haqda aşağıdakı məlumatları təqdim etməlidir.

  • Müraciətçinin (istehlakçının) ad, soyad və ata adı
  • Əlaqə nömrəsi (elektron ünvanı)
  • doğum tarixi
  • qeydiyyat və ya yaşadığı ünvan
  • müraciətin məzmunu.

Müraciətçi müraciətini banka şifahi, yazılı və elektron formada göndərə bilər.

İstehlakçıların müraciətləri ən geci 15 (on beş) iş günü ərzində cavablandırılmalıdır. İstehlakçıların müraciətləri əlavə araşdırma və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edilirsə, Bankın müraciətlərin cavablandırılmasını ən çoxu 30 (otuz) iş günü uzatmaq hüququ vardır. Müraciətin əlavə araşdırma tələb etməsi zamanı istehlakçıya gecikmə səbəbləri, atılacaq növbəti addımlar və cavabın hazır olacağı son tarix aydın şəkildə izah olunmalıdır. Araşdırma zamanı əlavə sənədlərin təqdim olunması tələb olunursa, bununla bağlı istehlakçıya məlumat verilməlidir. Hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılır.

İstehlakçıların müraciətləri ilə bağlı Bankın cavabı ilə razılaşmadıqda və şikayətin yenidən araşdırılması məqsədilə Banka təkrar müraciət etdikdə müraciətin yenidən baxılması və araşdırılması ayrıca struktur bölmənin rəhbərinin xüsusi nəzarəti altında həyata keçirilir.

İstehlakçılar müraciətləri ilə bağlı Bankın cavabı ilə razılaşmadıqda İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə bölmə tərəfindən onlara növbəti daxili mərhələlər, onların hüquqları (yenidən müraciət və s.), o cümlədən MB (əlaqə məlumatları bildirilməli), məhkəməyə müraciət edə biləcəkləri barədə məlumat verilməlidir

Müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir.

İstehlakçıların müraciətlərinə baxılmasına dair Qaydalar-2025

Şikayət, ərizə və təklifləriniz

Müştərilərimiz şikayət, ərizə və təkliflərini aşağıdakı əlaqə vasitələri ilə bizə yönləndirə bilərlər:

Filiallar

İş günləri saat 09:00–17:00 aralığında Yapı Kredi Bank Azərbaycanın istənilən filialına müraciət edə bilərsiniz.

Filial ünvanları: Burada

Çağrı Mərkəzi

Qısa nömrə: *0444
Telefon: (+994 12) 497 76 52

E-poçt ünvanı: shikayet@yapikredi.com.az

Bizə yazın

Digər əlaqə vasitələri

Telefon: (+994 12) 497 77 95
Faks: (+994 12) 497 02 76

Sosial şəbəkələr:

Facebook

Linkedin

İnstagram

Azərbaycan Respublikasının Mərkəzi Bankı
 Ünvan: AZ1014, Azərbaycan Respublikası,
 Bakı şəh., R.Behbudov küç. 32,
 Qaynar xətt: (994 12) 966
 Tel: (994 12) 493 50 58
 Mərkəzi Bankın Naxcıvan Muxtar Respublikası Ərasizində yerləşən filialı
 Qaynar xətt: 2244
 Whatsapp: (994 60) 400 22 44