“Yapı Kredi Bank Azərbaycan” QSC Hüquq Büro xidmətinin alımı üçün tender açıq elan edir.
2026-02-18 15:29:41
-
Tenderə müraciət edilməsi üçün şikrətlər aşağıdakı şərtlərə uyğun gəlməli və qeyd edilən sənədləri qapalı zərfdə “Yapı Kredi Bank Azərbaycan” QSC-nin Baş ofisinə (Ünvan: Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 73G) Satınalma şöbəsinə təqdim etmələri xahiş olunur.
- Xidmət fəaliyyətinin ən az 3 il müddətinin olması;
- Əsasən maliyyə təşkilatları ilə işləmə təcrübəsinin olması;
- Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə qərarları üzrə müəyyən edilmiş borcların tələbkara qaytarılması / rayon icra şöbələri ilə icra tədbirlərinin görülməsi təcrübəsinin (collection fəaliyyəti üzrə təcrübənin) olması;
- Şirkətin ən az 1 nəfər Azərbaycan Respublikasının vəkillər kollegiyasının üzvü (vəkil) olması;
- Firmaların Hüquqi Şəxslərin Dövlət Reyesterindən çıxarışıının əlavə edilməsi.
Son müraciət tarixi: 27 Fevral 2026 cı il.