Biznes kreditləri
Yapı Kredi Bank Azərbaycan şirkətlərə və sahibkarlara fəaliyyətin genişləndirilməsi və layihələrin maliyyələşdirilməsi üçün biznes kreditləri təklif edir. Biznes kreditlər həm dövriyyə vəsaitinin, həm də əsas vəsaitin maliyyələşdirilməsinə yönəldilə bilər.
Biznes kreditlərinin verilmə şərtləri bir biri ilə bağlı olan faktorlardan asılıdır: kreditin məqsədi, məbləği, müddəti, təminatı, kredit alanın biznesinin növü, maliyyə vəziyyəti, bankla əməkdaşlıq müddəti, kredit tarixçəsi, fəaliyyət göstərdiyi ərazi və sair.