“Yapı Kredi Bank Azərbaycan” daha iki aztəminatlı ailəyə öz biznesini qurmaq üçün dəstək göstərmişdir.
“Yapı Kredi Bank Azərbaycan” daha iki aztəminatlı ailəyə öz biznesini qurmaq üçün dəstək göstərmişdir.
Bankımız yeni iş yerlərinin yaradılması və sosial rifahın yüksəldilməsinə dəstək olmaq məqsədi ilə aztəminatlı ailələrə biznes təşəbbüslərini həyata keçirmək üçün yardım etmişdir.
Belə ki, layihə çərçivəsində “Yapı Kredi Bank Azərbaycan” tərəfindən daha iki ailəyə broyler sexi və dərzi atelyesi qurulmaq üçün lazım olan bütün avadanlıqlar təqdim olunmuşdur.
İsmayilova Nuriyyə 10 ildən çoxdur ki, dərzi fəaliyyəti ilə məşğuldur. Onun ən böyük arzusu öz dərzi atelyesinin olması idi. Avqustun 18-də Yapı Kredi Bank onun arzusunu reallaşdırması üçün lazım olan avadanlıqların hamısını təqdim etmişdir.
Heybətova Vəsilənin isə ailəsinə məxsus həyətyanı sahədə broyler sexi qurması üçün texniki təchizata ehtiyacı var idi. Onun bu təşəbbüsünü gerçəkləşdirmək üçün “Yapı Kredi Bank Azərbaycan” lazım olan bütün avadanlıqları alaraq, ona təqdim etmişdir.