POS terminal xidmətləri


Ticarət obyektinizdə Yapı Kredi Bank Azərbaycana məxsus POS terminal quraşdırmağın üstünlükləri 

Daha çox müştəri

Yapı Kredi Bank Azərbaycana məxsus Worldcardı olan müştərilər sizin mağazanızda alacaqları məhsulun dəyərini hissə-hissə ödəyə biləcək, eyni zamanda keşbek qazanacaqlar. Müştərilərin qazandıqları keşbeklərlə yenidən sizin mağazanızda alış-veriş edə biləcəklər. Yapı Kredi Bank Azərbaycanın POS terminalını mağazanızda quraşdırmaqla siz əlavə müştəri qazanacaqsınız.

Satışınızın artması

Yapı Kredi Bank Azərbaycanın əməkdaşları sizin mağazanıza özəl kampaniyalar hazırlayacaq və həmin kampaniyalar müvafiq marketinq-ünsiyyət platformalarında yayımlanacaqdır. Bu isə mağazanızın satışını artırmaq üçün əlavə stimul yaradacaqdır. 

Fasiləsiz və keyfiyyətli xidmət

Yapı Kredi Bank Azərbaycanın POS terminalını mağazanızda quraşdırmaqla, yaranan hər hansı sualınız üçün sizə ən yaxın Yapı Kredi Bank Azərbaycan filialında xidmət ala, həmçinin 7/24 fasiləsiz xidmət göstərən *0444 telefon mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

Virtual POS 

Yapı Kredi Bank Azərbaycan e-ticarət şirkətləri üçün Virtual POS xidməti təklif edir. Virtual POS - fiziki POS terminal cihazının bütün funksiyalarını özündə birləşdirən Virtual POS cihazıdır.