Mütəmadi Verilən Suallar
Kreditlər
Gecikmə günü nəzərə alınacaq. Gecikmə günü 30 günü aşmamalıdır. 30 gündən çox gecikməsi olan müştərilərə, avtomatik olaraq sistem üzərində Rədd verilmə imkanı yüksəkdir.
Ətraflı məlumat üçün bura klikləyin.
Əmanətlər
Şəxsiyyət vəsiqənizlə/pasportunuzla hər hansı bir Yapı Kredi Bank filialına yaxınlaşaraq əmanət növlərimizdən istədiyinizi seçerək əmanətinizi yerləşdirə bilərsiniz.
Sizə bir nümunə ilə hesabat formasını başa sala bilərik. Misal üçün 1,000 AZN 1 ay müddətinə illik 5% ilə əmanət yerləşdiribsiniz. 1,000*5/100 = 50 AZN (1,000 AZN üçün bir illik faiz məbləği 50 AZN təşkil edir). Siz əmanətinizi 1 aylıq yerləşdirdiyiniz üçün 50 AZN-i bir ildeki ay sayına yəni 12 aya bölməliyik. 50/12 = 4.17 AZN (dörd manat on yeddi qəpik). Sizin 1 ay müddətli illik 5% dərəcəli 1,000 AZN məbləğindəki əmanət faiz məbləğiniz 4.17 AZN (dörd manat on yeddi qəpik) təşkil edir.
Bəli siz istənilən vaxt əmanətinizi geri götürə bilərsiniz. Bu zaman sizin əmanətiniz üçün illik 0,05% məbləğində faiz ödənilir.
01.02.2023-cü il tarixindən etibarən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri Vergi Məcəlləsinə əsasən gəlir verigisinə cəlb olunacaqdır.
Kartlar
Sifariş etmək üçün buraya klikleyin.
Worldcard ilə yayılmış World Üzv Ticarət Obyekti şəbəkəsində bal və hissə-hissə ödəmə imkanlarından faydalana bilər, sizin üçün nəzərdə tutulmuş kampaniyalardan, imtiyazlı əlavə xidmətlərə qədər həyatınızı asanlaşdıran və zənginləşdirən bir çox üstünlüyə sahib olarsınız.
World vasitəsilə edəcəyiniz bütün alış-verişlərinizdən bal qazanacaqsınız. Qazandığınız ballarınızla World Üzv Ticarət Obyektlərində alış-veriş edə bilərsiniz. Bundan əlavə kartınızla hissə-hissə nağd avansdan istifadə edə bilər, 3-12 ay arası sabit və çox uyğun faizlərlə rahat bir şəkildə geri ödəyə bilərsiniz.
Sizə ən uyğun Worldcardı müəyyən etmək üçün sizə ən yaxın məsafədə yerləşən Yapı Kredi filialına yaxınlaşa, yaxud da 365 gün 24 saat *0444 Yapı Kredi Telefon Mərkəzi ilə əlaqə yarada bilərsiniz.
Debet kart (PulKart) əldə etmək üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə filiallarımızın birinə müraciət edə bilərsiniz.Filialların ünvanlarına aşağıdakı linkdən baxa bilərsiniz. Kartın istifadə müddəti 5 ildir. Pulkartınızla da edəcəyiniz alış-verişlərdən ballar qazanacaq və sonra bu ballarla World Üzv Ticarət Obyektlərində pulsuz alış-veriş edə biləcəksiniz. Sifariş etmək üçün klikleyin.
Kredit kartınız itdiyi və ya oğurlandığı təqdirdədərhal *0444 Yapı Kredi Telefon Mərkəzinə zəng edərək məlumat verməlisiniz.
- Worldcard Classic
- Worldcard Gold
- Worldcard Platinum
- Worldcard Business
- Virtual kart
Bəli,istədiyiniz vaxt nağd avans çəkə bilərsiniz. Kartdan çəkilən nağd avansı hissələrə bölmə fürsəti də mövcuddur. Faiz dərəcələri barədə linkdə tanış ola və hesablayıcı vasitəsilə borcunuzu hesablaya bilərsiniz.http://bit.ly/1gEnzq
Borc Hesab Bildirişinizi istəyinizdən asılı olaraq hər ay SMS, email vasitəsi ilə əldə edə bilərsiniz. Bundan əlavə 24 saat fəaliyyət göstərən *0444 Yapı Kredi Telefon Mərkəzinə istənilən vaxt zəng etməklə və ya İnternet Bankçılıq xidmətinə qoşulmaqla borcunuzu öyrənə bilərsiniz.
Faktura borclarının hər ay Worldcard və ya PulKartdan avtomatik ödənməsi üçün verilən təlimatdır. Təlimatı mobil və sabit telefon, kommumunal ödənişlər, Kabel TV və İnternet sayğaclarına vermək mümkündür. Təlimatı İnternet Bankçılıq, *0444 Yapı Kredi Telefon Mərkəzi və ya Yapı Kredi Bank filialları vasitəsi ilə vermək olar
Yeni nömrənizi *0444 Yapı Kredi Telefon Mərkəzinə və ya sizə ən yaxın məsafədə yerləşən Yapı Kredi filialına ən gec 15 gün ərzində bildirməlisiniz. Hesab bildirişləriniz haqqında, yeniliklər, kampaniyalar haqqında zamanında məlumat ala bilməniz üçün telefonunuz yeniləndikdə məlumat verməniz mütləqdir.
Pul Köçürmələri
WU, AniPay və Swift olmaq uzre 3 nov kocurme mehsulumuz movcuddur
0.3% min 25 USD.
Ətraflı məlumat üçün bura klikləyin.
MDB ölkələrinə komissiya məbləği 3 ABŞ dollarından, MDB ölkələri xaric digər ölkələrə isə komissiya məbləği 13 ABŞ dollarından başlayır.
Ətraflı məlumat üçün bura klikləyin.
Sərhədsiz Bankçılıq
İnternet Bankçılığa qoşulmaq üçün filiallarımızdan birinə müraciət edə bilərsiniz. Müştəri təmsilçisi müraciətinizi qəbul etdikdən sonra seçiminizə uyğun olaraq sabit şifrəniz bankımızda qeydiyyata alınmış mobil nömrənizə SMS ilə göndəriləcək və ya zərfin içərisində sizə veriləcək.
Müştəri nömrəniz İnternet Bankçılığa daxil olan zaman istifadə etdiyiniz istifadəçi kodudur. Müştəri nömrənizi xatırlamırsınızsa, *0444 Telefon Mərkəzi ilə 7/24 əlaqə saxlayaraq öyrənə bilərsiniz
Şifrənizi xatırlamırsınızsa, *0444 Telefon Mərkəzi ilə 7/24 əlaqə saxlayaraq öyrənə bilərsiniz.
Ağıllı Şifrə növlərindən biri olan "Ağıllı SMS", İnternet Bankçılığa giriş və ödəmə əməliyyatlarınız üçün mobil telefonunuza "Bir Dəfəlik Şifrə" göndərilməsi sistemidir.
Ağıllı Açar İnternet Bankçılıq istifadəçilərini iki pilləli təhlükəsizliklə təmin edən məhsuldur. Ağıllı Açardan hər istifadə zamanı “Bir Dəfəlik Şifrə” yaranır və bu şifrədən İnternet Bankçılığa giriş və əməliyyatların təsdiq edilməsində istifadə edilir.
"Bir Dəfəlik Şifrə"-ni Müştəri Nömrəsi və şifrənizi daxil etdikdən sonra açılan yeni ekranda göstərilən xanaya daxil etməklə sistemə özünüzü tanıtmış olursunuz.
Şirkət və / və ya İstifadəçi Kodunu unutduğunuz təqdirdə filialınızla ya da *0444 Telefon Mərkəzi ilə 7/24 əlaqə saxlaya bilərsiniz.
Bəli, İstifadəçi Kodunun əvəzinə istədiyiniz adı İnternet Bankçılığa daxil olan zaman istifadə edə bilərsiniz.
Mövcud Müştəri Nömrəniz ilə İnternet Bankçılığa daxil olduqdan sonra istəyinizə uyğun olaraq daha asan xatırlaya biləcəyiniz bir istifadəçi adı təyin edə bilərsiniz. Bunun üçün internet səhifəsinə daxil olduqdan sonra Şifrə Əməliyyatları menyusunda yerləşən İstifadəçi Kodu Təyinetmə/Dəyişdirməyə daxil olaraq, daha asan yadda qalan istifadəçi adı daxil edə bilərsiniz. Beləliklə, həm əvvəlki istifadəçi kodu, həm də yeni təyin etdiyiniz istifadəçi adından istifadə edə bilərsiniz.
Ağıllı SMS-də qeydiyyatda olan nömrəniz hələ də aktivdirsə, İnternet Bankçılığa daxil olduqdan sonra Təhlükəsizlik Parametrləri / Ağıllı Şifrə / Ağıllı SMS / Ağıllı SMS nömrə dəyişikliyi menyusunda hazırkı nömrənizə göndəriləcək bir dəfəlik təsdiq şifrəsi ilə dəyişiklik edə bilərsiniz. 4.Ölkə xaricinə çıxdığım zaman Ağıllı SMS-dən istifadəyə davam edə bilərəm? Ölkə xaricində Roming xidmətindən istifadə edirsinizsə Ağıllı SMS-dən istfadə edə bilərsiniz. Əks təqdirdə Ağıllı Açardan istifadə təklif olunur.
- İki pilləli təhlükəsizliyi təmin edir;
- Verilən şifrələr təkrar istifadə edilə bilməz;
- İstifadə etmək asandır
Ağıllı Açarın qiyməti 10AZN-dir.
Hissə - hissə nağd avansın minimum məbləği 100 AZN təşkil edir.
ATM-də “Hesab bildiriş” menyusunu seçərək son dövr hesab bildiriş məlumatlarını görmək, cari dövr borcu, minimum ödənilməli məbləğ, son ödəniş tarixi kimi məlumatları əldə etmək mümükündür.