Dayanıqlı Fəaliyyət
“Yapı Kredi Bank Azәrbaycan” QSC bankçılıq fәaliyyәtlәrini әtraf mühitә vә cәmiyyәtә hәssas bir şәkildә davam etdirmәyi hәdәflәyir. Bu kontekstdә Birlәşmiş Millәtlәr Tәşkilatının Qlobal Sazişi vә Dayanıqlı İnkişaf Mәqsәdlәri bankın әtraf mühitlə bağlı sәylәrinin ümumi strukturunu tәşkil edir.
Bank öz fəaliyyəti nəticəsində ətraf mühitə dəyə biləcək mümkün və potensial neqativ təsirləri minimuma endirməyi, ətraf mühitin mühafizəsi ilə bağlı layihələri və sosial fəaliyyətləri davamlı olaraq təkmilləşdirməyi, mövzu ilə bağlı maraqlı tərəflərlə səmərəli əlaqələr yaratmağı və mütəmadi olaraq hesabat verməyi hədəfləyir.
Yapı Kredi Bank Azərbaycan ekoloji və sosial göstəricilərinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi fəaliyyətləri əsas səhmdarı olan Koç Holdinq qrupun innovativ yanaşması və siyasətlərinə əsaslanmaqla həyata keçirir.
Bankın iqtisadi, sosial və ekoloji sahələrdə dayanıqlılıq strategiyasının və siyasətlərinin yaradılmasına, bu strategiya və siyasətlərin bankın fəaliyyətlərinə inteqrasiyasına və dayanıqlılıq performansının monitorinqi üçün Dayanıqlılıq Komitəsi yaradılmışdır. Komitə il ərzində üç aydan bir toplanır və Komitə iclaslarında dayanıqlı fəaliyyət və ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilmiş tədbirlərə nəzər yetirilir, gələcəkdə bu istiqamətdə reallaşdırılması mümkün tədbirlərin müzakirəsi aparılır, qərarlar qəbul edilir.