Təhlükəsizlik

Təhlükəsizlik tövsiyələri

Özünüzü dələduzluq hallarından qorumaq üçün aşağıdakı təhlükəsizlik qaydalarına riayət etməyinizi xahiş edirik:

Şifrəniz (PIN-kod) və digər təhlükəsizlik məlumatlarınız (CVV-kod, 3D Secure şifrəsi) sizin şəxsi məlumatlarınızdır. Bu məlumatları heç kimlə paylaşmamalı, istifadə edərkən məxfiliyin qorunmasına diqqət yetirməlisiniz.

Unutmayın! Bank əməkdaşları heç vaxt sizdən PIN-kod, CVV və ya internet-bank şifrənizi tələb etmir. Bu tip məlumatların tələb olunması dələduzluq əlamətidir.

Şifrənizi daxil edərkən ətrafınızdakı şəxslərin bunu görmədiyindən əmin olun. Şübhəli hallar aşkar etdikdə dərhal banka məlumat verin.

Heç vaxt PIN-kodunuzu kartın üzərində yazmayın. Kartınızın həm ön, həm də arxa tərəfinin şəklini heç kəslə bölüşməyin.

İnternetdə əməliyyat apararkən əməkhaqqı və ya iri məbləğlər saxladığınız kartlardan istifadə tövsiyə olunmur.

ATM-dən istifadə zamanı diqqətli olun. Şübhəli vəziyyətlə qarşılaşdıqda əməliyyatı dayandırın və bankla əlaqə saxlayın. Ətrafınızda şübhəli şəxslərin olub-olmadığını yoxlayın.

Kartınızın ATM-də saxlanılması və ya texniki problem yaranması hallarında üçüncü şəxslərin kömək təkliflərini qəbul etməyin. Bu kimi hallarda yalnız bankın rəsmi dəstək xidmətlərinə müraciət edin. Tanımadığınız şəxslərin təqdim etdiyi əlaqə vasitələrinə etibar etməyin.

İctimai və ya başqalarına məxsus cihazlara şəxsi məlumatlarınızı daxil edərkən diqqətli olun. Telefon nömrələri və digər məlumatları yalnız özünüz daxil edin və məlumatların düzgünlüyünü yoxlayın.

POS-terminal vasitəsilə ödəniş etdikdə, çekin surətini ən azı məbləğin kart hesabından düzgün silindiyinə əmin olana qədər özünüzdə saxlayın.

İnternetdə və ya sosial şəbəkələrdə yayılan şübhəli kampaniyalar, saxta saytlar və mesajlara qarşı diqqətli olun.

Bankın adından göndərilən şübhəli linklərə daxil olmayın və şəxsi məlumatlarınızı paylaşmayın.

Şəxsi və kart məlumatlarınızı daxil etməyiniz tələb olunan şübhəli internet səhifələri ilə qarşılaşdıqda bu məlumatları daxil etməyin və dərhal bankın müştəri xidmətlərinə məlumat verin.

Kart hesabınızın idarə olunması və nəzarətin həyata keçirilməsi üçün bankın SMS məlumatlandırma və internet/mobil bankinq xidmətlərindən istifadə edin.

Əlavə məlumat və ya dəstək üçün bankın rəsmi filiallarına, çağrı mərkəzinə və ya rəsmi sosial şəbəkə səhifələrinə müraciət edə bilərsiniz.

https://www.instagram.com/yapikredi.az/

https://www.facebook.com/YapiKrediAZ/

https://az.linkedin.com/company/yapi-kredi-bank-azerbaijan

Hörmətli müştərilər, şəxsi məlumatlarınızın qorunması üçün göstərdiyiniz diqqət ümumi təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır.