“Yapı Kredi Bank Azərbaycan” dan şəhid və həssas əhali qrupuna aid ailələrə növbəti dəstək!
“Yapı Kredi Bank Azərbaycan” dan şəhid və həssas əhali qrupuna aid ailələrə növbəti dəstək!
“Yapı Kredi Bank Azərbaycan” özünüməşğulluq proqramı çərçivəsində 2-si şəhid ailəsi və müharibə iştirakçısının ailəsi olmaqla 4 aztəminatlı ailəni öz biznesini qurmaq üçün lazımi avadanlıqlarla təmin etmişdir.
Bakı şəhəri və Abşeron rayon sakinləri olan Yusubova Aynur, Məmmədova Ləman, Şahverdiyeva Nəzakət ilə fərdi dərzi atelyesinin yaradılması, Mehdiyev Ağa ilə avtotəmizləmə xidmətinin göstərilməsi üçün bank tərəfindən danışıqlar aparılmış və təqdim olunan plan əsasında həmin şəxslər bütün lazımi avadanlıqlarla təchiz edilərək, öz bizneslərini qurmağa imkan yaradılmışdır.