Təhlükəsizlik

İnternet Bankçılıqda təhlükəsizliyinizi təmin etmək üçün tədbirlər

  • Mobil Bankçılıq parolunuz onlayn hesab məlumatlarınıza daxil olmaq üçün açardır. Parolunuzu heç bir yerə yazmayın, mobil telefonunuzda, kompüterinizdə və ya brauzerinizdə saxlamayın

  • İnternet salonları, ictimai kompüterlər və ya iş yeri kompüterləri kimi başqalarına məxsus və ya başqaları üçün əlçatan olan kompüterlərdə internet bankçılıqda əməliyyat həyata keçirməyin.

  • Banklar sizin şəxsi məlumatlarınızı e-poçt vasitəsilə tələb etmir. Şəxsi məlumat tələb edən e-poçtlara cavab verməyin; Şəxsi məlumatlarınızı elektron poçtla göndərməyin və belə hallarda məsələ ilə bağlı dərhal bankınıza məlumat verin.

  • Kompüterinizdə kopyalanmış və ya lisenziyasız proqram təminatından istifadə etməyin və sisteminizin ən son versiyalarından istifadə etdiyinizə əmin olun.

  • Kompüterinizdə lisenziyalı antivirus və firewall proqramlarından istifadə edin və onları daim yeniləyin.

  • İnternet Bankçılıqda təhlükəsizlik parametrlərini ehtiyaclarınıza və istifadə vərdişlərinizə uyğun olaraq müəyyənləşdirin. (məsələn, IP məhdudiyyəti, vaxt məhdudiyyəti)

  • Kompüterinizdə yerləşdirilə bilən viruslara və oxşar proqramlara qarşı antivirus proqramlarından istifadə edin.

  • SMS təsdiqindən istifadə edirsinizsə, “İnternet Bankçılıq və ya Mobil Bankçılıq” telefon nömrənizə SMS mesajı və ya bildirişi gəlmədikdə dərhal bankınıza və operatorunuza bildirin.

  • Elə insanlar ola bilər ki, sizə zəng edib parolunuzun səhvən sizə göndərildiyini söyləyib parolu deməyinizi xahiş edirlər. Heç vaxt parolları heç kimlə paylaşmayın.