Ödəmələr
Worldcard Borcu
“Yapı Kredi Bank Azərbaycan” müştərilərin rahatlığını və xidmətləri daha əlçatan edən xidmətini təqdim edir. Artıq bankın kredit müştəriləri “eManat”, “Milliön” terminalları, eləcə də “Hesab.az” saytları vasitəsilə kredit ödənişlərini həyata keçirə bilərlər.
Kredit kartı borcunuzu Yapı Kredi Mobil, İnternet Bankçılıq, *0444 Yapı Kredi Bank Azərbaycan Telefon Mərkəzi, Yapı Kredi ATM və Filiallarımızdan tez və asanlıqla ödəyə bilərsiniz!
Worldcard Borcunu Avtomatik Ödəmə
Worldcardınız üçün Avtomatik Ödəmə Təlimatı verin və rahatlıq əldə edin.
Worldcardınızı Yapı Kredi Bank Azərbaycanda olan cari hesabınız ilə əlaqələndirərək, istər dövri borcunuzun hamısının, istərsə də ödənməli olan minimum məbləğin hər ay son ödəmə tarixində hesabınızdan avtomatik olaraq tutulmaqla ödənməsini təmin edə bilərsiniz. Valyuta çıxarışlarınız üçün əlaqədar pul vahidində olan cari hesabınızı bağlamalısınız. Son ödəniş tarixində hesabda kifayət qədər məbləğ olmalıdır. Avtomatik Ödəniş Təlimatını sizə ən yaxın məsafədə yerləşən Yapı Kredi Bank Azərbaycan filialından, İnternet Bankçılıq xidmətindən və ya *0444 Yapı Kredi Bank Azərbaycan Telefon Mərkəzindən verə bilərsiniz.
Avtomatik ödənişlər
Worldcard-ınızla kommunal və hökümət ödənişlərinizi rahat şəkildə ödəyin!
Worldcard-ınız ilə Avtomatik Ödəmə Təlimatı verin siz də qazanın!
Worldcard ilə avtomatik ödəmə təlimatı verərək bütün kommunal və hökümət ödənişlərinizi gerçəkləşdirə bilərsiniz.
Nəticədə heç bir ödənişinizi gecikdirmədən nağd pulunuz olmasa belə ödəyə bilərsiniz. Bütün ödənişləriniz worldcard hesab çıxarışlarına yansıdığından ödənişlərinizi İnternet/Mobil Bankçılıq üzərindən rahat şəkildə izləyə bilərsiniz. Əlavə məlumat üçün əlaqə mərkəzi *0444