• Kalkulyatorda müvafiq hesablamaları etmək üçün buraya klikləyə bilərsiniz

     

    1. Güzəşt məbləği ilk növbədə, fiziki şəxsin fəaliyyətdə və ləğvetmə prosesində olan bütün bank və bank olmayan kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla) qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilir, qalan məbləğ isə həmin fiziki şəxsin sərəncamına verilir;
    2. Əsas kredit borcları üzrə cəmi qalıq məbləği kalkulyatorun müvafiq sahəsinə daxil edilir;
    3. Əsas kredit borcları dedikdə, fəaliyyətdə və ləğvetmə prosesində olan bütün bank və bank olmayan kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla) qarşısında kreditlərin əsas məbləğlərinin cəmi nəzərdə tutulur;
    4. Digər xarici valyutada olan kreditlərin qalıq məbləği Azərbaycan Respublikasının Mərkəzi Bankının həmin tarixlərə olan rəsmi məzənnəsinə uyğun olaraq ABŞ dollarına konvertasiya olunaraq qeyd edilir.



SİZİN ÜÇÜN BURADAYIQ