• Audit Komitəsi 23.01.2023
  • Mehmet Erkan Akbulut

    Komitənin sədri

    Ankara Universitetinin Siyasi Elmlər fakültəsi

    Mehmet Erkan Akbulut 1985 – 1989-cu illərdə Ankara Universitetinin Siyasi Elmlər fakültəsini bitirmişdir. 1990 – 2000-ci illərdə Yapı ve Kredi Bankası A.Ş. – də  Müfəttiş köməkçisi, Müfəttiş, və Baş müfəttiş vəzifələrində çalışmışdır. 2000 –2009-cu illərdə Yapı ve Kredi Bankası A.Ş. – də Kreditlərin qiymətləndirilməsi və təyinetmə üzrə müdir, Nəzəri bank işinin idarəolunması üzrə bölüm müdiri və Kommersiya banklarının idarəolunması üzrə bölüm müdiri vəzifələrini icra etmişdir. 2009–2013-cü illərdə Yapı Kredi Bank Azərbaycan QSC-də Kredit və Risklərin İdarəolunması üzrə Baş direktor müavini kimi fəaliyyət göstərmişdir. 2013 – 2021-ci il  tarixlərində  Yapı ve Kredi Bankası A.Ş.-də  Korporativ və Kommersiya  Kreditlərinin  İzlənməsi və Ləğvi üzrə müdir, Korporativ və Kommersiya Kreditlərinin anderraytinq üzrə qrupunun  direktoru, Yığım və ləğvetmə üzrə direktor vəzifələrində çalışmışdır. 2021-ci il avqust ayı tarixindən etibarən Yapı ve Kredi Bankası A.Ş.-də  Kreditlərin İdarəedilməsi üzrə baş Direktor müavini vəzifəsində çalışır.

  • Muharrem Kaan Şakul

    Komitənin üzvü

    İstanbul Universitetinin İqtisadiyyat fakültəsi

    Muharrem Kaan Şakul 1991 – 1996-cı illərdə İstanbul Universitetinin İqtisadiyyat fakültəsini bitirmişdir. 1996 – 2000-ci illərdə Yapı ve Kredi Bankası A.Ş.–də Korporativ Marketinq üzrə köməkçi və Korporativ Marketinq üzrə mütəxəssis vəzifələrində çalışmışdır. 2000 -2007-ci illərdə Filial müdirinin müavini və Kommersiya Bankçılıq Satış Dəstək müdiri vəzifələrini icra etmişdir. 2007 – 2013-cü il tarixlərində Yapı ve Kredi Bankası A.Ş.–də Altunzade Filialının müdiri, Merter Tekstil Mərkəzinin Filial müdiri, Esentepe Korporativ Bankçılıq Mərkəzinin müdiri kimi fəaliyyət göstərmişdir. 2013 – 2021-ci illərdə Yapı ve Kredi Bankası A.Ş.-də Korporativ və Kommersiya SME kreditləri qrupunun direktoru, Bankın Məhsulları üzrə Qrup direktoru və Korporativ Satışın İdarərəedilməsi Rəhbəri vəzifələrini icra etmişdir. 2021-ci il avqust ayından etibarən Yapı ve Kredi Bankası A.Ş.-də  Korporativ Bankçılıq üzrə  Baş Direktor müavini vəzifəsində çalışır.  

  • Mustafa Kaya

    Komitənin üzvü

    Orta Doğu Teknik Universitetinin İdarəetmə fakültəsi

    Mustafa Kaya 2004 – 2011-ci il tarixlərində Orta Doğu Teknik Universitetinin İdarəetmə fakültəsi bitirmişdir. 2011-2014-cü illərdə Türk Ekonomi Bankası A.Ş.-də Audit köməkçisi kimi fəaliyyət göstərmişdir. 2015–2016-cı il tarixlərində Zurich Sığorta A.Ş.–də Daxili Auditor və Zərər İdarəetmə və Keyfiyət Zəmanəti üzrə məsul şəxs vəzifələrində çalışmışdır. 2016 – 2018-ci illərdə Yapı ve Kredi Bankası A.Ş.- Daxili Nəzarət və Komplayns qrupunda  Auditor vəzifəsini icra etmişdir. 2021-ci il iyul ayı tarixindən etibarən Koç Holding A.Ş.- də Audit rəhbəri vəzifəsində çalışır.  



Kredit borclarının
güzəşt kalkulyatoru

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru sizə təqdim edirik.

Kalkuyator üçün buraya klikləyin

SİZİN ÜÇÜN BURADAYIQ