Vergi ödəyiciləri üçün məlumat
2025-05-19 17:35:23
-
Hörmətli vergi ödəyiciləri!
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Azərbaycan Respublikasının İqtisadi Şurasının 11 aprel 2025-ci il tarixli Qərarı ilə “Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə İşçi Qrupu” yaradılmışdır. İşçi Qrupun nəzdində iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən 13 altqrup yaradılmışdır. Altqrupların məqsədi iqtisadiyyatın ayrı-ayı sahələrində mövcud problemləri qeyd etmək və həmin problemlərin həlli üçün təkliflər hazırlamaqdır. İşçi Qrupun fəaliyyətini təmin etmək məqsədilə https://economicreforms.gov.az/ saytı yaradılmışdır.
Siz həmin sayta daxil olaraq “Altqrupa üzv ol” bölməsinə keçməklə fəaliyyət sahənizə uyğun bir və ya bir neçə altqrupa üzv ola bilər, eyni zamanda “Problem qeyd et – Təklif ver” bölməsinə girməklə təkliflərinizi birbaşa İşçi qrupuna təqdim edə bilərsiniz.
Sizi bir daha ölkənin sahibkarlıq mühitinin yaxşılaşdırılması, bu xüsusda problem və çətinliklərin aradan qaldırılması və müvafiq təkliflərin hazırlanması işində aktiv iştirak etməyə dəvət edirik.
Əlaqə telefonu: 050 254 00 80, Vüsal Şıxəliyev.
Hörmətlə, İşçi Qrupu.