İnkassasiya

Yapı Kredi Bank Azərbaycan öz inkassasiya xidməti vasitəsilə nağd pulun dövriyyəsi ilə bağlı aşağıdakı xidmətləri göstərir:
- Müştərilərin nağd pul vəsaitlərinin daşınması
- Müştərilərin nağd pul vəsaitlərinin sayılması və hesaba köçürülməsi
- Əmək haqlarının ödənilməsi və digər xərclər üçün əvvəlcədən hazırlanmış nağd pulun müştərilərə çatdırılması
- Qiymətlilərin müştərilərə çatdırılması
- Digər xidmətlər
Şirkət və təşkilatlara xidmətlərin göstərilməsi razılaşma əsasında həyata keçirilir. Qiymətlilər və pul vəsaitləri müştəri ilə razılaşdırılmış vaxtda çatdırılır. İnkassasiya xidmətləri üzrə tariflər fərdi qaydada müəyyən olunur.