Kartlar
-
Worldcard necə əldə edə bilərəm?
Sifariş etmək üçün https://www.yapikredi.com.az/az/worldcard-sifarisi
-
Worldcard-ın üstünlükləri nələrdir?
Worldcard ilə yayılmış World Üzv Ticarət Obyekti şəbəkəsində bal və hissə-hissə ödəmə imkanlarından faydalana bilər, sizin üçün nəzərdə tutulmuş kampaniyalardan, imtiyazlı əlavə xidmətlərə qədər həyatınızı asanlaşdıran və zənginləşdirən bir çox üstünlüyə sahib olarsınız.
World vasitəsilə edəcəyiniz bütün alış-verişlərinizdən bal qazanacaqsınız.
Qazandığınız ballarınızla World Üzv Ticarət Obyektlərində alış-veriş edə bilərsiniz.
Bundan əlavə kartınızla hissə-hissə nağd avansdan istifadə edə bilər, 3-12 ay arası sabit və çox uyğun faizlərlə rahat bir şəkildə geri ödəyə bilərsiniz.
Sizə ən uyğun Worldcardı müəyyən etmək üçün sizə ən yaxın məsafədə yerləşən Yapı Kredi filialına yaxınlaşa, yaxud da 365 gün 24 saat *0444 Yapı Kredi Telefon Mərkəzi ilə əlaqə yarada bilərsiniz.
-
Debet Kart necə əldə edə bilərəm?
Debet kart (PulKart) əldə etmək üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə filiallarımızın birinə müraciət edə bilərsiniz.Filialların ünvanlarına aşağıdakı linkdən baxa bilərsiniz. Kartın istifadə müddəti 5 ildir. Pulkartınızla da edəcəyiniz alış-verişlərdən ballar qazanacaq və sonra bu ballarla World Üzv Ticarət Obyektlərində pulsuz alış-veriş edə biləcəksiniz.
Sifariş etmək üçün https://www.yapikredi.com.az/az/pulkart-sifarisi -
Worldcardım itdiyi və ya oğurlandığı halda nə etməliyəm?
Kredit kartınız itdiyi və ya oğurlandığı təqdirdədərhal *0444 Yapı Kredi Telefon Mərkəzinə zəng edərək məlumat verməlisiniz.
-
Worldcard-in hansı növləri var?
Worldcard Classic
Worldcard Gold
Worldcard Platinum
Worldcard Business
Virtual kart
-
İllik üzvlük haqqı nə qədərdir?
-
Worldcarddan nağd pul çəkə bilərəmmi?
Bəli,istədiyiniz vaxt nağd avans çəkə bilərsiniz. Kartdan çəkilən nağd avansı hissələrə bölmə fürsəti də mövcuddur. Faiz dərəcələri barədə linkdə tanış ola və hesablayıcı vasitəsilə borcunuzu hesablaya bilərsiniz:http://bit.ly/1gEnzqI
-
Worldcard borcumu necə öyrənə bilərəm?
Borc Hesab Bildirişinizi istəyinizdən asılı olaraq hər ay SMS, email vasitəsi ilə əldə edə bilərsiniz. Bundan əlavə 24 saat fəaliyyət göstərən *0444 Yapı Kredi Telefon Mərkəzinə istənilən vaxt zəng etməklə və ya İnternet Bankçılıq xidmətinə qoşulmaqla borcunuzu öyrənə bilərsiniz.
-
Avtomatik Faktura Ödəmə Təlimatı nədir?
Faktura borclarının hər ay Worldcard və ya PulKartdan avtomatik ödənməsi üçün verilən təlimatdır. Təlimatı mobil və sabit telefon, kommumunal ödənişlər, Kabel TV və İnternet sayğaclarına vermək mümkündür. Təlimatı İnternet Bankçılıq, *0444 Yapı Kredi Telefon Mərkəzi və ya Yapı Kredi Bank filialları vasitəsi ilə vermək olar
-
Telefon nömrəm dəyişdiyi zaman nə etməliyəm?
Yeni nömrənizi *0444 Yapı Kredi Telefon Mərkəzinə və ya sizə ən yaxın məsafədə yerləşən Yapı Kredi filialına ən gec 15 gün ərzində bildirməlisiniz. Hesab bildirişləriniz haqqında, yeniliklər, kampaniyalar haqqında zamanında məlumat ala bilməniz üçün telefonunuz yeniləndikdə məlumat verməniz mütləqdir.