Kibertəhlükəsizlik

2025-10-15 10:55:23

  • Kibertəhlükəsizlik müasir dünyada hər bir fərd və təşkilat üçün həyati əhəmiyyət kəsb edən bir sahədir. İnternetin sürətlə yayılması və Digital texnologiyaların həyatımızın hər sahəsində yer alması ilə birlikdə, məlumatlarımızı qorumaq üçün kiber təhlükəsizliyin əhəmiyyəti də getdikcə artır.

    Kibertəhlükəsizlik hər kəs üçün zəruridir, çünki şəxsi və maliyyə məlumatlarımızı qorumaqla həm özümüzü, həm də bank sisteminin etibarlılığını təmin edirik.

    Kibertəhlükəsizlikdən qorunmağın üçün əsas qaydalar:

    Onlayn əməliyyat zamanı diqqətli olun

    • Ödəniş saytının ünvanında https:// işarəsini yoxlayın.
    • Əlavə təhlükəsizlik üçün SMS və ya mobil tətbiq təsdiqlərini aktiv saxlayın.
    • Kartınızda anlaşılmayan hərəkət görsəniz, vaxt itirmədən bizə bildirin.

     Sosial mediada özünüzü qoruyun

    • Bankla bağlı məlumatları sosial şəbəkələrdə paylaşmayın.
    • Tanımadığınız linklərə daxil olmayın.
    • Hər hesab üçün güclü və fərqli şifrələr istifadə edin.

     Şübhəli zəng və mesajlara aldanmayın

    • Bank əməkdaşı sizdən heç vaxt şifrə və ya SMS kodu istəməz.
    • Naməlum zənglərdə məlumat soruşulursa, söhbəti dayandırın.
    • Əmin olmadığınız hər halda yalnız rəsmi əlaqə nömrəmizdən istifadə edin.


Kredit borclarının
güzəşt kalkulyatoru

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru sizə təqdim edirik.

Kalkuyator üçün buraya klikləyin

SİZİN ÜÇÜN BURADAYIQ