• Müşahidə Şurası
  • Gökhan Erün

    Müşahidə Şurasının Sədri

    İstanbul Texniki Universiteti Elektron və Xəbərləşmə Fakültəsi, Yeditepe Universiteti İşlətmə Bölümü

    Gökhan Erün, İstanbul Texniki Universiteti Elektron və Xəbərləşmə Fakültəsi üzrə bakalavr, Yeditepe Universiteti İşlətmə Bölümü üzrə magistratura məzunudur. 1994-cü ildə kariyerasına Garanti Bank Xəzinə Müdürlüyündə başlamışdır. 1999-2004-cü illərdə Korporativ Marketinq bölməsi müdiri vəzifəsini həyata keçirmişdir. 2004-cü ildə təyin edildiyi Emeklilik ve Hayat Ümumi Müdürlüyü vəzifəsindən sonra sentyabr 2005-ci ildə Garanti Banka Baş Dirktorun Müavini  olaraq təyin edilmişdir. 2015-ci ilin Sentyabrından etibarən Garanti Bankı Baş Direktorun Vəkili  olaraq kariyerasına davam edən Erün, bu dövrdə Korporativ Bankçılıq Koordinasiyası, Xəzinə, Xəzinə Marketinqi və Maliyyə Həlləri, Törəmə Məhsullar, Nağd vəsaitin idarə edilməsi və Əməliyyat, Maliyyə Təsisatlar sahələrindən məsulluq vəzifəsini yerinə yetirmişdir. Eyni zamanda Garanti Bankının müxtəlif törəmə təşkilatlarında Müşahidə Şuralarında üzv olmuşdur. 2018-ci ilin Yanvar ayından etibarən kariyerasına Yapı Kredidə Baş Direktor olaraq davam etdirən Erün, Baş Direktor vəzifəsini yerinə yetirməkdədir. Eyni zamanda, Koç Maliyyə Xidmətlərində İcra Başqanı olan Erün, Yapı Kredi Grubu filiallarının Müşahidə Şuralarında da iştirak etməkdədir.

  • Erhan Adalı

    Müşahide Şurasının üzvü

    İstanbul Universiteti-Siyasi Elmlər

    1988-cı ildə İstanbul Universitetinin Siyasi Elmlər fakultəsi üzrə bakalavr təhsilini almışdır.1989-1994 -ci illərdə  Garanti Bankasında Daxili audit departamentinin auditoru, 1994-1995 -ci illərdə Garanti Bankasında Marketinq departamentinin müdir müavini, 1995-1997-ci illərdə Garanti Bankasında Fındıklı Filialının müdiri, 1997-2002-ci illərdə Garanti Bankasında Korporativ departamentinin müdiri,   2002-2004-cü illərdə Garanti Bankasında Kommersiya Bankçılıq Marketingi bölgə müdiri, 2004-2005-ci illərdə Garanti Bankasında SME Bankçılıq Marketinqi departament koordinatoru vezifələrində çalışmışdır. 2005-2012 -cı illərdə Garanti Emeklilik və Hayat-da Baş Direktor, 2012-12.2017-ci illərdə Garanti Bankasında Kredit üzrə baş direktor müavini,  2015-2017-ci illərdə Garanti Leasing-Garanti Mortgage Müşahidə Şürasının üzvü vəzifəsində çalışmışdır. 2018-ci ilin yanvar ayından etibarən isə Yapı Kredi Bankası Korporativ və Kommersiya bankçılıq üzrə Baş Direktor müavini,Yapı Kredi A.Ş./Türkiyə İdarə Heyətinin üzvü olaraq karyerasını davam etdirməkdədir.

  • Niccolo Ubertalli

    Müşahidə Şurasının Sədrinin Müavinin

    Torino Texnik Universiteti, İtaliya. Material mühəndisliyi, Vanderbilt Universiteti - Biznesin İdarəedilməsi

    1990-1996-cı illərdə Torino Texnik Universitetinin (İtaliya) Material Mühəndisliyi üzrə bakalavr, 1998-2000- ci illərdə  Vanderbilt Univeristetində (ABŞ, Tennesi) Biznesin İdarəedilməsi üzrə Magistr təhsilini almışdır. 1997-2000-ci illərdə  Teksid Aluminum Foundry (ABŞ) da Proqram meneceri və Prosses Mühəndisi, 2000-2002-ci illərdə McKinsey & Company-də (İtaliya) Baş mütəxəssis, 2002-2004-cü illərdə UniCredit Clarima(İtaliya) da çalışmışdır. 2004-2006-cı illərdə MBNA (ABŞ, İngiltərə) də Birinci Vitse prezident, 2006-2009-cu illərdə UniCredit Consumer Finance (Bolqariya) da Sədr və İcraçı direktor, 2009-2012 -ci illərdə  UniCredit SpA (İtaliya)da CEO qrup işçi heyətinin rəhbəri və İstehlakçı maliyyəsi departamentinin rəhbəri vəzifəsində çalışmışdır. 2012-2015-ci illərdə UniCredit Consumer Finance (Bolqariya) və  UniCredit Consumer Finance (Ruminiya) da Müşahidə Şurasının üzvü olaraq işləyir. 2012-ci ilin Oktyabr ayından etibarən isə UniCredit Tiriac Bank (Ruminiya) da Baş Direktor müavini/İdarə Heyətinin üzvü olaraq karyerasını davam etdirməkdədir

  • Patrick Josef Schmitt

    Müşahidə Şurasının Üzvü

    Köln Universiteti, Köln, Almaniya – İqtisadi və Sosial Biliklər/İdarəetmə

    2001-ci ildə Köln Universiteti (Almaniya) İqtisadi və Sosial biliklər/İdarəetmə üzrə bakalavr təhsilini almışdır. 2001-2005-ci UniCredit Bank-da (Almaniya) Kiçik və Orta Sahibkar müştəri portfeli idarəsi, 2005-2007-ci illərdə UniCredit Bank (Almaniya) Risklərin İdarəolunması üzrə Baş direktor müavini, 2007-2014-cü illərdə UniCredit Bank (Almaniya) Maşın, Metal, Tikinti və avtomobil sənayəsi üzrə kredit təhsis rəhbəri, 2014-2016-cı illərdə Unicredit Bulbank (Bolqariya) da Baş Risk İnzibatçısı (CRO) rəhbəri vəzifəsində çalışmışdır. 2016-ci ildən etibarən isə Yapı Kredi Bankası A.Ş (Türkiyə)də Risklərin İdarəolunması üzrə Baş direktor müavini/ Müşahidə Şurasının Sədrinin Müavini olaraq karyerasını davam etdirməkdədir.

  • Serkan Ülgen

    Müşahidə Şurasının Üzvü

    Boğaziçi Universiteti, İstanbul, Türkiyə – İdarəetmə/Menecment

    1994-1998-cı illərdə Bilkent Universitetinin Sənaye Mühəndisliyi fakultəsini bitirmişdir.2003-2005-ci illərdə Boğaziçi Universitetində Biznesin İdarəedilməsi üzrə magistr təhsili almışdır.1998-2001-ci illərdə Benkar İstehlakçılarının Maliyyələşdirmə və Kredit Kartı xidmətləri Şirkətinde Departament direktoru vəzifəsində çalışmışdır. Yapı Kredi Bankası A.Ş./Türkiyə-də  2001-2004-ci illərdə Üzv Ticarət obyektlərinin data baza müdir müavini, 2004-2006-cı illərdə Kredit Kartların Satışı departamentinin müdiri, 2006-2008-cı illərdə İstehlak Portfelinin  İdarəedilməsi qrupunun müdiri, 2009-2010-cu illərdə Kredit Kartların Satışı qrupunun müdiri; 2010-2014-ci illərdə Kartlı Ödəmə Sistemlərinin satışı qrupunun direktoru, 2014-2017-cu illərdə İstehlak, Platinum Bankçılıq, Kart Ödəmə sistemləri qrup direktoru, 2017-2018-ci illərdə Pərəkəndə Bankçılıq və Kart ödəmə sistemləri qrup direktoru və 2018-ci ildən Pərəkəndə Bankçılıq üzrə Baş Direktor müavini vəzifəsində çalışır.

SİZİN ÜÇÜN BURADAYIQ