Mikro, kiçik və orta biznes nümayəndələrindən olan müştərilərimizin nəzərinə: | Yapı Kredi Bank Azərbaycan

  • Bildiyiniz kimi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) özəl sektor ilə
    əməkdaşlıqda KOB İnkişaf Mərkəzləri yaratmağa başlamışdır. KOB İnkişaf
    Mərkəzləri KOB-lara və yeni biznesə başlayanlara öz bizneslərini inkişaf etdirmək
    üçün təlim, məsləhət və şəbəkələşmə xidmətləri təqdim edir və onları əməkdaşlığa
    dəvət edir.
    Azərbaycan Banklar Assosiasiyasının (ABA) törəmə qurumu olan Azərbaycan
    Bank Tədris Mərkəzi (ABTC) 25 sentyabr 2020-ci ildə açılmış Bakı KOB İnkişaf
    Mərkəzinin (KOBİM) operatorudur. Bakı KOBİM tərəfindən mikro, kiçik və orta
    biznes nümayəndələrinə, startuplara və ölkədə sahibkarlıq subyekti olaraq fəaliyyət
    göstərmək istəyən hər bir vətəndaşa, bankların MKOB müştərilərinə ödənişsiz
    xidmətlər (təlim, məsləhət və şəbəkələşmə) təqdim ediləcəkdir.
    Azərbaycan Banklar Assosiyasiyası və Kiçik və Orta Biznesin İnkişafı
    Agentliyinin Bakı KOB İnkişaf Mərkəzi arasında mövcud əməkdaşlıq çərçivəsində
    bankların mikro, kiçik və orta biznes nümayəndələrindən olan müştəriləri üçün
    aylıq təlimlər keçirilir. Təlimlər bankların müştəriləri üçün ödənişsizdir.

    ABA-KOBIM may təlim cədvəli



Kredit borclarının
güzəşt kalkulyatoru

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru sizə təqdim edirik.

Kalkuyator üçün buraya klikləyin

SİZİN ÜÇÜN BURADAYIQ