Virma Sökmen
Müşahidə Şurasının müstəqil üzvü
“La Salle” Universitetində Biznesin İdarəedilməsi
Virma Sökmen bakalavr dərəcəsini ABŞ-ın “La Salle” Universitetində Biznesin İdarəedilməsi ixtisası üzrə tamamlamışdır. Karyerasına “Gulf Bank” və “Çarşı Menkul Değerler” şirkətlərinin Araşdırma və İnvestisiya departamentlərində başlamışdır. 1993-2015-ci illərdə isə “HSBC Bank Türkiye” A.Ş-də Baş Direktor müavini vəzifəsində çalışmışdır. 2010-cu ildən etibarən korporativ bankçılıq, kommersiya bankçılığı, xarici ticarət, faktorinq, korporativ və kommersiya sığortası, korporativ marketinq və nağd pulların idarə edilməsi sahələrində məsul şəxs vəzifələrində çalışmışdır. Virma Sökmen hazırda “Sarkuysan Elektrolitik Bakır Sanaye ve Ticaret” A.Ş, “Ecogreen Enerji Holding” A.Ş və “Mogan Enerji Yatırım Holding” A.Ş.-də Müşahidə Şurasının müstəqil üzvü vəzifəsini icra edir. Əlavə olaraq, “Hedef Araç Kiralama ve Servis” A.Ş-də Müşahidə Şurasının müşaviri vəzifəsində çalışır. 2019-cü ildən etibarən “Yapı Kredi Bankası” A.Ş-də Müşahidə Şurasının müstəqil üzvü, Kredit Komitəsinin üzvü, Korporativ İdarəetmə Komitəsinin sədri, Kredit Monitorinq Komitəsinin üzvü vəzifəsində çalışır. Həmçinin, 07.03.2025-ci il tarixində “Yapı Kredi Bank Azərbaycan” QSC-nin Müşahidə Şurasının müstəqil üzvü vəzifəsinə təyin edilmişdir.