• Müşahidə Şurası 30.06.2022
  • Gökhan Erün

    Müşahidə Şurasının Sədri

    İstanbul Texniki Universiteti Elektron və Xəbərləşmə Fakültəsi, Yeditepe Universiteti İşlətmə Bölümü

    Gökhan Erün, İstanbul Texniki Universiteti Elektron və Xəbərləşmə Fakültəsi üzrə bakalavr, Yeditepe Universiteti İşlətmə Bölümü üzrə magistratura məzunudur. 1994-cü ildə kariyerasına Garanti Bank Xəzinə Müdürlüyündə başlamışdır. 1999-2004-cü illərdə Korporativ Marketinq bölməsi müdiri vəzifəsini həyata keçirmişdir. 2004-cü ildə təyin edildiyi Emeklilik ve Hayat Ümumi Müdürlüyü vəzifəsindən sonra sentyabr 2005-ci ildə Garanti Banka Baş Dirktorun Müavini  olaraq təyin edilmişdir. 2015-ci ilin Sentyabrından etibarən Garanti Bankı Baş Direktorun Vəkili  olaraq kariyerasına davam edən Erün, bu dövrdə Korporativ Bankçılıq Koordinasiyası, Xəzinə, Xəzinə Marketinqi və Maliyyə Həlləri, Törəmə Məhsullar, Nağd vəsaitin idarə edilməsi və Əməliyyat, Maliyyə Təsisatlar sahələrindən məsulluq vəzifəsini yerinə yetirmişdir. Eyni zamanda Garanti Bankının müxtəlif törəmə təşkilatlarında Müşahidə Şuralarında üzv olmuşdur. 2018-ci ilin Yanvar ayından etibarən kariyerasına Yapı Kredidə Baş Direktor olaraq davam etdirən Erün, Baş Direktor vəzifəsini yerinə yetirməkdədir. Eyni zamanda, Koç Maliyyə Xidmətlərində İcra Başqanı olan Erün, Yapı Kredi Grubu filiallarının Müşahidə Şuralarında da iştirak etməkdədir.

  • Akif Cahit Erdoğan

    Müşahide Şurasının üzvü

    İstanbul Texnik Universiteti- Roçester Texnologiya İnstitutu

    1996-cı ildə İstanbul Texnik Universitetində Maşın Mühəndisliyi fakultəsi üzrə bakalavr, 1997-1999 -ci illərdə isə Roçester Texnologiya İnstitutunda Biznesin İdarəedilməsi üzrə magistratura təhsili almışdır.Peşəkar karyerasına 1998-ci ildə XEROX Corporation-da Büdcə və Planlama üzrə analitik olaraq başlamışdır. 2000-2009-cu illərdə Accenture Türkiyə İdarəetmə Konsultasiyaları üzrə baş menecer / Türkiyə kurasiyası vəzifəsində çalışmışdır.2009-2013-cü illərdə “Yapı Kredi Bankası A.Ş.”də (Türkiyə) İnformasiya Texnologiyalarının İdarəedilməsi üzrə rəhbər (CİO), 2013-2020-ci illərdə İnformasiya Texnologiyaları və Əməliyyatdan məsul Baş Direktor müavini, 2020-2021-ci illərdə İnformasiya Texnologiyaları və Əməliyyatdan məsul Baş Direktor müavini (COO) olaraq fəaliyyət göstərmişdir. Hazırda “Yapı Kredi Bankası A.Ş.”də (Türkiyə) Kommersiya və KOS Bankçılığı üzrə Baş Direktor müavini vəzifəsini icra etməkdədir.

  • Serkan Ülgen

    Müşahidə Şurasının Üzvü

    Boğaziçi Universiteti, İstanbul, Türkiyə – İdarəetmə/Menecment

    1994-1998-cı illərdə Bilkent Universitetinin Sənaye Mühəndisliyi fakultəsini bitirmişdir.2003-2005-ci illərdə Boğaziçi Universitetində Biznesin İdarəedilməsi üzrə magistr təhsili almışdır.1998-2001-ci illərdə Benkar İstehlakçılarının Maliyyələşdirmə və Kredit Kartı xidmətləri Şirkətinde Departament direktoru vəzifəsində çalışmışdır. Yapı Kredi Bankası A.Ş./Türkiyə-də  2001-2004-ci illərdə Üzv Ticarət obyektlərinin data baza müdir müavini, 2004-2006-cı illərdə Kredit Kartların Satışı departamentinin müdiri, 2006-2008-cı illərdə İstehlak Portfelinin  İdarəedilməsi qrupunun müdiri, 2009-2010-cu illərdə Kredit Kartların Satışı qrupunun müdiri; 2010-2014-ci illərdə Kartlı Ödəmə Sistemlərinin satışı qrupunun direktoru, 2014-2017-cu illərdə İstehlak, Platinum Bankçılıq, Kart Ödəmə sistemləri qrup direktoru, 2017-2018-ci illərdə Pərəkəndə Bankçılıq və Kart ödəmə sistemləri qrup direktoru və 2018-ci ildən Pərəkəndə Bankçılıq üzrə Baş Direktor müavini vəzifəsində çalışır.

Kredit borclarının
güzəşt kalkulyatoru

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru sizə təqdim edirik.

Kalkuyator üçün buraya klikləyin

SİZİN ÜÇÜN BURADAYIQ