• “Yapı Kredi Bank Azərbaycan” 5 aztəminatlı və şəhid ailəsini öz biznesini qurmaq üçün lazımi avadanlıqlarla təmin etmişdir.

    Bank sentyabr ayında 2 şəhid ailəsinə - Cəfərova Səmayə və Cəfərova Səyidəyə dərzilik sahəsində biznes təşəbbüslərini reallaşdırmaq üçün lazımi avadanlıqları təqdim etmişdir.  Qeyd edək ki, Cəfərova Səidə İkinci Qarabağ Müharibəsində şəhid olmuş Yunis Əliyevin, Cəfərova Səmayə şəhid Cəfərov Vüqarın anasıdır.

    Oktyabr ayında isə Bank İkinci Qarabağ Müharibəsində yaralanmış,  qazi Şükürov Nüşrəvanı dönərxana açması üçün tələb olunan avadanlıqlarla təmin etmişdir.

    Bununla yanaşı, “Yapı Kredi Bank Azərbaycan”  oktyabr ayında daha iki aztəminatlı ailəyə biznes fəaliyyəti ilə məşğul olmaları üçün dəstək göstərmişdir. Belə ki, Məmmədov Rüfətin uzun illərdir məşğul olduğu naxışvurma sənəti əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün Bank onu ehtiyacı olan avadanlıqlarla təmin etmişdir.  Paşayeva Ruqiyyənin isə ev şəraitində hazırladığı dadlı şirniyyatları gəlir mənbəyinə çevirə bilməsi üçün Bank ona un məmulatları sexi üçün lazım olan avadanlıqları təqdim etmişdir.

     

     “Yapı Kredi Bank Azərbaycan”  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında aztəminatlı əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair imzalanmış Memoranduma qoşularaq ötən ilin may ayından etibarən onlarla aztəminatlı ailəni öz işini qurması üçün bütün lazımlı avadanlıqlarla təmin etmişdir. Bankın sahibkarlıq fəaliyyətinə  kömək göstərdiyi vətəndaşlar arasında Vətən müharibəsində həyatını itirmiş şəhid və ya sağlamlığını itirmiş qazi ailələrinin olmasına xüsusilə, önəm verir. Sosial məsuliyyət layihələri çərçivəsində bank cari ilin növbəti aylarında daha bir neçə aztəminatlı ailənin biznes təşəbbüsünün reallaşmasına töhvə verəcəkdir. 

     

    Bankın məhsul və xidmətləri barədə məlumatı bankın filiallarından, www.yapikredi.com.az internet adresindən, *0444 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Kredit borclarının
güzəşt kalkulyatoru

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru sizə təqdim edirik.

Kalkuyator üçün buraya klikləyin

SİZİN ÜÇÜN BURADAYIQ