• Yapı Kredi Bank Azərbaycan QSC müştərilərin xarici əməliyyatlarını asanlaşdırmağa davam edir. Bank bu məqsədlə Çinin aparıcı banklarından birində Çin yuanı hesabı açaraq beynəlxalq ödəniş imkanlarını genişləndirib. Yapı Kredi Bank Azərbaycan müştəriləri artıq ödənişlərini birbaşa Çin yuanı valyutasında həyata keçirə, mübadilə xərclərini azaldaraq əməliyyat sürətini artıra biləcəkdir.

     

    Eyni zamanda bankın geniş beynəlxalq müxbir şəbəkəsi vasitəsilə müştərilər Çin yuanı ilə yanaşı, İsveçrə frankı, Kanada dolları, Yapon yeni, Avstraliya dolları, Norveç və İsveç kronu kimi digər valyutalarda da birbaşa ödənişlər həyata keçirə bilərlər.

     

    Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan Yapı Kredi Bank Azərbaycan Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir.

     



Kredit borclarının
güzəşt kalkulyatoru

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru sizə təqdim edirik.

Kalkuyator üçün buraya klikləyin

SİZİN ÜÇÜN BURADAYIQ