• Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən hazırlanmış  ISO 14001:2015 (Ətraf Mühitin İdarəetmə) standartı ekoloji təsirlərin müəyyənləşdirilməsi, bu təsirlərin ölçülərinin qiymətləndirilməsi və minimuma endirilməsi məsələlərində müəssisələrə və digər təşkilatlara köməklik göstərən vasitədir.

     

    Bank fəaliyyəti çərçivəsində qabaqcıl beynəlxalq təcrübələri tətbiq edir və bu beynəlxalq sertifikatın əldə olunması ətraf mühitin mühafizəsinə, həmçinin bu sahədə görülən işlərin mükəməlləşdirməsinə təkan verəcəkdir.

     

    Ekoloji İdarəetmə Sisteminin qurulmasının əsas məqsədi bank məhsulunun ilk mərhələsindən istehlakçıya təqdim edilməsinə qədər olan hər addımda ətraf mühitin təsirlərinin nəzərə alınmasıdır.  Azərbaycanda ISO 14001 sertifikatının tələblərini uğurla yerinə yetirən ilk bank olmaq, “Yapı Kredi Bank Azərbaycan”-nın ölkəmizin təbii ehtiyatlarını gələcək nəsillər üçün qorumaq səylərini nümayiş etdirir. Bank bu fəliyyətlə  BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 26-cı konfransında Azərbaycan 2050-ci ilə qədər əlavə könüllü öhdəlik kimi istixana qazı emissiyalarının 40 faizədək azaldılmasına və işğaldan azad edilmiş ərazilərdə “netto sıfır emissiya” zonasının yaradılmasına nail olmaq hədəfini dəstəkləyir.

     

    Azərbaycanda ISO 14001:2015 sertifikatını əldə edən ilk bank olaraq, ekoloji göstəricilərimizi daha da yaxşılaşdırmaq, eləcə də iqlim dəyişikliyi ilə mübarizəyə təkan vermək və ətraf mühitə olan təsirimizi minimuma endirmək əsas hədəflərimiz sırasında yer alır.

Kredit borclarının
güzəşt kalkulyatoru

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru sizə təqdim edirik.

Kalkuyator üçün buraya klikləyin

SİZİN ÜÇÜN BURADAYIQ