«Yapı Kredi Bank Azərbaycan» QSC-nin 2021-ci ilin 1-ci rübü üzrə maliyyə göstəriciləri açıqlandı | Yapı Kredi Bank Azərbaycan
  • 2021-ci ilin ilk rübünün sonuna “Yapı Kredi Bank Azərbaycan”ın cəmi balans kapitalında keçən ilin müvafiq dövrü ilə müqayisədə artım müşahidə edilib. Belə ki, bankın cəmi balans kapitalı  ötən dövrlə müayisədə artaraq 81 milyon 965 min manata çatıb və verilmiş kreditlər üzrə sağlamlaşdırma siyasətini gücləndirmək məqsədi ilə hesabat tarixində ehtimal edilən mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar 41 milyon 369 min manata manat təşkil edib.

    Bankın cari ilik ilk 3 ayında xalis faiz gəliri 5.9  milyon manat olmuşdur.  Həmçinin, I dərəcəli kapitalının adekvatlıq əmsalı ötən ilin müvafiq dövri ilə müqayisədə 14.19% artaraq  43.12%-ə, məcmu kapitalının adekvatlıq əmsalı isə 13.02% artaraq 43.91%-ə çatmışdır. Bankın leverec əmsalı cari ilin ilk rübündə artaraq 21.10%-ə çatmışdır. Nəticə etibarilə, bankın kapital adekvatlığı göstəriciləri tənzimləyici orqanın müəyyən etdiyi normalardan əhəmiyyətli dərəcədə yüksək olmuşdur. Qeyd edək ki, Mərkəzi Bankın tələblərinə görə məcmu kapitalın adekvatlılıq əmsalı minimum 9% olmalıdır.

    2021-ci ilin ilk rübünün nəticələrinə görə hazırda bankın məcmu kapitalı 73.5 milyon manat təşkil edir və mövcud qanunvericiliyə əsasən minimum məcmu kapital norması 50 milyon manatdır.

    Yapı Kredi Bank Azərbaycan Avropanın bir çox ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Əsas səhmdarları Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət verməkdədir.

     



Kredit borclarının
güzəşt kalkulyatoru

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru sizə təqdim edirik.

Kalkuyator üçün buraya klikləyin

SİZİN ÜÇÜN BURADAYIQ