• Yapı Kredi Bank Azərbaycan” QSC Baş ofisdə əməkdaşlara yeməkxana xidmətinin təşkili üçün açıq tender elan edir.
    Tenderə müraciət edilməsi üçün şikrətlər aşağıdakı şərtlərə uyğun gəlməli və qeyd edilən sənədləri qapalı zərfdə “Yapı Kredi Bank Azərbaycan” QSC-nin Baş ofisinə (Ünvan: Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 73G) Satınalma şöbəsinə təqdim etmələri xahiş olunur.


    1. Müraciət edən şirkətin rəsmi sənədləri (Dövlət reyestrindən çıxarış, VÖEN və s.)
    2. Yeməkxana xidmətində ən az 3 il təcrübə
    3. Əməkdaşlıq edilən şirkətlərin adları (tövsiyyə məktubu arzu ediləndir)
    4. Yeməkxana xidməti göstərən əməkdaşların şəxsiyyət vəsiqəsi və tibbi sağlamlıq arayışı (ildə bir dəfə yenilənməli)
    5. Yeməkxana xidməti göstərən əməkdaşların işdə fərdi qəza sığortası
    6. Yeməkxana xidmətinin göstərilməsinə dair sertifikatlar, lisenziyalar
    7. İstifadə olunan ərzaq məhsullarının uyğunluq sertifikatları
    8. Həftəlik menyu
    9. İsti (əsas yeməklər) və soyuq (salatlar) yeməklərinin adları və çəkisi
    10. Şirniyyatlar, meyvələr, qazlı və qazsız içkilərin adları, miqdarı (həftədə neçə dəfə veriləcəyinin qeyd edilməsi şərti ilə)
    11. 1 nəfər üçün yemək xərci (ƏDV daxil və ya xaric göstərilməsi şərti ilə)
    12. Yeməkxana bölümündə istifadə olunan gigiyenik məhsulların adları

    Son müraciət tarixi: 27 Sentyabr 2019

SİZİN ÜÇÜN BURADAYIQ