• Korporativ sosial məsuliyyət yönümlü tədbirlərin hər zaman təşəbbüskarı və dəstəkçisi olan Yapı Kredi Bank Azərbaycan bu dəfə Türkiyənin Azərbaycandakı səfirliyinin Təhsil Müşavirliyi tərəfindən Heydər Əliyev Sarayında qardaş ölkənin “23 Nisan Ulusal Egemenlik ve Çocuk Bayramı” münasibətilə keçirilən tədbirə dəstək olmuşdur.

    Tədbirdə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdlərinin musiqili ifaları dinlənilib və 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin, Atatürk Liseyinin şagirdlərinin türk xalqlarının rəqslərindən ibarət kompozisiyası ilə tamaşalar nümayiş etdirilib.

    Tədbirin sonunda göstərdiyi dəstəyə görə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Yapı Kredi Bank Azərbaycana təşəkkürnamə təqdim etmişdir.



Kredit borclarının
güzəşt kalkulyatoru

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru sizə təqdim edirik.

Kalkuyator üçün buraya klikləyin

SİZİN ÜÇÜN BURADAYIQ