Yapı Kredi Bank Azərbaycanın dəstəyi və Azərbaycan -Türkiyə İş Adamları Birliyinin (ATİB) təşkili ilə “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar tədbir keçirilmişdir.
2024-06-01 14:17:57
-
Həyata keçirilən tədbirdə anadangəlmə və sonradan qazanılmış koxlear implantlı, daun sindromlu, autizm spektrli pozuntuları və fərqli əlilliyi olan müxtəlif yaş qruplarından olan dostlarımızla birlikdə xoş anlara şahid olduq. Tədbirdə ilk öncə Azərbaycan və Türkiyənin Dövlət Himni səsləndirilmişdir. Həmçinin ölkəmizin suverenliyi uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Əyləncəli oyunlar, rəqslər ilə yadda qalan tədbirin sonunda xatirə şəkilləri çəkilmişdir.