Pulkart - Mastercard

PulKart şəxsi vəsaitinizdən istifadə, üçün nəzərdə tutulmuş hesabınıza bağlı debet kartdır.


Bu kartla ölkə daxili və xaricində bankomatlardan nağd vəsait çıxara, POS Terminallarda ödəniş edə, internet ürərindən alış-veriş edə bilərsiniz. World Üzv Ticarət Obyektlərində etdiyiniz ödəmələrdə keşbek qazanırsınız və qazanılmış keşbeklərlə World Üzv Ticarət Obyektlərindək alış-veriş edə bilirsiniz. Eyni zamanda PulKarta özəl keçirilən kampaniyalarda yararlana bilərsiniz.

Pulkart Fürsətləri

  • PulKartın Ünvana Çatdırılması- PulKartınız, müraciətiniz zamanı bildirəcəyiniz ünvanınıza pulsuz çatdırılacaqdır. Şifrənizi və ya kartınızı itirdiyiniz, və ya sizin iradəniz xaricində bir hadisə baş verdiyi halda, dərhal *0444 Yapı Kredi Telefon Mərkəzinə zəng edə və ya ən yaxın məsafədə yerləşən Yapı Kredi filialına baş çəkə bilərsiniz.
  • Keşbek imkanları- PulKart ilə etdiyiniz alış-verişlərdə keşbek qazanırsınız və keşbeklərinizlə World Üzv Ticarət Obyektlərində istədiyiniz kimi alış-veriş edə bilərsiniz. Keşbekləriniz Worldcardınıza və ya Pulkartınıza transfer də edə bilərsiniz. 
  • Kartın qiyməti- PulKartın qiyməti 5 AZN-dir.
  • Kartın Aktivləşdirilməsi- PulKartınız sizə təhlükəsizliyiniz üçün istifadəyə bağlı olaraq çatdırılacaqdır. PulKartınızı aktivləşdirmək üçün *0444 Yapı Kredi Telefon Mərkəzinə zəng etməlisiniz.


Faiz ve Kart Qiymətləri
Kartın qiyməti 5 AZN
Nağd çəkim komissiyası Yapı Kredi Bank bankomatlarından 0 AZN (maaş ödəmələri xaric hesaba qeyri nağd şəkildə daxil olan vəsaitin nağdlaşdırılması zamanı 0.6 %)
Nağd çəkim komissiyasi digər bankomatlardan 2%+1 AZN
Nağd çəkim komissiyasi ölkəxarici bankomatlardan 2%+1$
PİN göndərim haqqı 2 AZN
6 aylıq sms paket 5 AZN
1 illik sms paket 10 AZN

*HÖP ödənişləri - 0.15% (minimum 0.40 AZN- maksimum 15 AZN)

Kartdan karta köçürmə(C2C) əməliyyatları:
Pulkart üzrə
YapıKredi Bank Azərbaycana məxsus kartlara komissiya tətbiq edilmir
Ölkə daxili digər bank kartlarına 1000 AZN-dək komissiyasız, 1000 AZN üzəri - 1% (Min 1 AZN)
YapıKredi Bank mobil tətbiqi xaric digər tətbiq vəya bunun kimi sistəmlər üzərindən edilən köçürmələr (YapıKredi Bank daxil bütün bankların kartlarına) 1% ( Min. 1 AZN )