Məlumatlandırma
SMS bankçılıq xidmətindən istifadə etməklə Worldcard və PulKart hesablarınıza dair məlumatlarınızı qısa mesaj (SMS) vasitəsilə əldə edə biləcəksiniz. Bunun üçün “*0444” nömrəsinə istək mesajı göndərmək kifayətdir.
Bu xidmətdən faydalanmaqla hər bir müştəri vaxtına qənaət etməklə yanaşı, filiala yaxınlaşmadan və zəng etmədən qısa zaman ərzində hesabına dair məlumatları əldə edə bilər.
SMS Bankçılıq xidmətini necə istifadə etmək olar?
İstifadə etmək istədiyiniz xidmətin adını (açar sözü) yazaraq boşluq buraxın və kartınızın üzərində qeyd olunan 16 rəqəmli kodun son 6 rəqəmini qeyd edərək (Nümunə: cari 123456) "*0444” nömrəsinə göndərin.