Tez-tez soruşulan suallar

Kredit kartınız itdiyi və ya oğurlandığı təqdirdə, zaman itirmədən dərhal *0444 Yapı Kredi Telefon Mərkəzinə zəng edərək vəziyyət haqqında məlumat verməlisiniz.

İtməsi və ya oğurlanması haqqında məlumat verdiyiniz kredit kartınızı tapsanız belə, təhlükəsizlik məqsədilə ləğv edildiyi üçün həmin kartdan təkrar istifadə edə bilməzsiniz. Həmin kartı hər ehtimala qarşı, ehtiyat tədbiri olaraq, müxtəlif yerlərindən zədələmək və kəsməklə istifadəyə yararsız vəziyyətə gətirin. İtirilmə/oğurlanma haqqında verdiyiniz məlumatdan qısa müddət sonra yeni Worldcard ünvanınıza çatdırılacaqdır.

Əlavə kartın itməsi və oğurlanması halında *0444 Yapı Kredi Telefon Mərkəzinə itirilmə/oğurlanma haqqında məlumat verməlisiniz.

Worldcard borcunuzu İnternet / Mobil Bankçılıq, hesab bildirişiniz vasitəsilə izləyə bilər və ya *0444 Yapı Kredi Telefon Mərkəzindən öyrənə bilərsiniz.

Worldcard istifadə edərkən, hər hansı bir problemlə qarşılaşmamaq üçün, ünvanınız və digər əlaqə məlumatlarınız dəyişdiyi halda *0444 Yapı Kredi Telefon Mərkəzinə və ya sizə ən yaxın məsafədə yerləşən Yapı Kredi filialına bu haqda ən gec 15 gün ərzində məlumat verməlisiniz.

Soyadınızın dəyişdiyini sübut edən bir sənəd (nikah haqqında şəhadətnamə, yeni şəxsiyyət vəsiqəsinin surəti) və müxtəlif yerlərindən zərər vuraraq və ya kəsərək istifadəyə yarasız vəziyyətə gətirdiyiniz Worldcard kartınız ilə birgə sizə ən yaxın məsafədə yerləşən Yapı Kredi filialına müraciət etməniz kifayətdir. Yeni soyadınızın göstərildiyi kredit kartınız ən qısa müddətdə ünvanınıza çatdırılacaqdır.

Yeni nömrənizi *0444 Yapı Kredi Telefon Mərkəzinə və ya sizə ən yaxın məsafədə yerləşən Yapı Kredi filialına ən gec 15 gün ərzində bildirməlisiniz.

Worldcard istifadəsi ilə əlaqədar dəyişikliklər sizə hesab bildirişində göstəriləcək mesajlar vasitəsilə bildiriləcəkdir. Haqq və öhdəliklərinizi öyrənmək üçün, lütfən bu mesajları diqqətlə oxuyun.