•  

    E-Təhlükəsizlik – 10 Əsas Tövsiyyə



    1. Antivirus proqramı
    2. Fərdi Firewall
    3. E-poçt təhlükəsizlik tövsiyyələri
    4. Əməliyyat sistemi
    5. Kompüterinizin fiziki təhlükəsizliyi
    6. Şifrə istifadəsi
    7. Ağıllı Şifrə – Bir Dəfəlik Şifrə texnologiyası
    8. Phishing (e-poçt ilə məlumat ötürmə) və cəsus proqramlar kimi geniş yayılmış təhdidlərə qarşı e-klaviatura
    9. Ümumi təhlükəsizlik parametrləri
    10. Ümumi istifadə qaydaları
    11. Zəruri xəbərdarlıq



    Bir Dəfəlik Şifrə Texnologiyası ilə Yüksək Təhlükəsizlik!
    Ağıllı Şifrə, sizə yüksək təhlükəsizlik təmin edən "Bir Dəfəlik Şifrə" texnologiyasıdır.

    Ağıllı Şifrə
    Bir Dəfəlik Şifrə Texnologiyası ilə Yüksək Təhlükəsizlik!

     

    İnternet bankçılıqda ağıllı şifrə dövrü başladı! Xahiş edirik öz ağıllı şifrənizi seçəsiniz...

     

    Ağıllı SMS

    Ağıllı Açar

    Bir Dəfəlik Şifrə

    Bəli

    Bəli

    İstifadə məqsədi

    İnternet bankçılığa daxil olma və/və ya əməliyyatların validasiyası

    Müraciət etdikdən sonra

    Dərhal istifadə

    Dərhal istifadə

    Birgə istifadə

    Ağıllı Açar ilə

    Ağıllı SMS ilə

    Qiymət

    Pulsuz

    10 AZN

     

    Ağıllı Şifrə İstifadəsitələbedən əməliyyatlar


    1. İnternet Bankçılığa Giriş


    2. PulKöçürmələri

    EFT

    Adla EFT

    Sabit EFT girişi

    Adi köçürmə

    Başqa bir hesaba köçürmə

    Avans köçürməsi

     


    3. Kredit Kartı Əməliyyatları

    Başqa bankda kredit kartı ödənişi

    Virtual Kredit Kartı limitinin təyin edilməsi

    Başqasına aid kredit kartı borcu ödənişi

    Nağd avansın hesaba köçürülməsi

    Nağd avansın EFT ilə göndərilməsi

    Worldcard şifrə dəyişdirmə

    Əlavə kart şifrə dəyişdirmə

     


    4. İnvestisiya əməliyyatları

    Yapı Kredi investisiya köçürməsi (digər törəmə müəssisənin hesabına)

     


    5. İstifadəçi göstərişləri 

     

    1. Antivirus proqramı

    İnternetdən təhlükəsiz bir şəkildə istifadə etmək üçün kompüterinizə ən az bir ədəd lisenziyalı antivirus və / və ya casus proqramlara qarşı "anti-spyware" proqramı yüklənmiş olmalıdır. Bu proqramdakı virus təsvirləri müntəzəm şəkildə yeniləməli və həftədə ən az bir dəfə bütün sisteminizdə virus yoxlaması aparmalısınız. Əgər lisenziyasız proqramlardan istifadə edirsinizsə və İnternetdən gələn təhlükələrdən qoruna bilmək üçün, kompüterinizə daxil ola biləcək casus proqramların yaxalanmasında virus yoxlamaları mühüm əhəmiyyət kəsb edir. 

     

    2. Fərdi Brandmower (Firewall) proqramı

    Fərdi Brandmower (Firewall) proqramları, kompüterinizə istiqamətlənmiş şəbəkə tıxacını yoxlama xüsusiyyətinə sahibdir. Bu yoxlama sayəsində, internet vasitəsilə gələn və kompüterinizə zərər verə biləcək virus /trojan /casus proqramların kompüterinizə yüklənməsinə mane ola bilərsiniz.

     

    3. E-poçt təhlükəsizliyi

    Sizə naməlum olan şəxslərdən gələn (xüsusilə də əlavəsində faylı olan) e-poçtları açmayın; bankınızdan gəlmiş kimi görünərək, sizdən şifrə /istifadəçi kodu /maliyyə məlumatı /hesab nömrəsi /kredit kartı və ya bank kartı nömrəsi tələb edən və yaxud da şəxsi məlumatlarınızı yeniləmənizi istəyən e-mail-ləri əsla açmayın. Bank olaraq biz sizdən heç bir halda e-mail vasitəsilə məlumat və ya şifrə yeniləmə tələb etməyəcəyimizi xatırlatmaq istərdik. Belə saxta e-mailləri açmadan, tələb edilən məlumatları heç bir halda təmin etmədən və ən qısa müddət ərzində məsələ ilə əlaqədar bizi məlumatlandıraraq, sizləri mümkün fırıldaqçılıq təşəbbüslərinə qarşı qorumamızda köməklik edə bilərsiniz.

     

    4. Əməliyyat sistemi

    Windows bazarda istifadəsi ən geniş yayılmış əməliyyat sistemidir. Əməliyyat sisteminiz nə olursa olsun, eynilə antivirus proqramlarında olduğu kimi əməliyyat sistemlərinin də müntəzəm şəkildə (sonradan aşkarlanmış təhlükəsizlik boşluqlarının aradan qaldırılması məqsədilə ) yenilənməsi zəruridir. Xahiş edirik bu yeniləmələri müntəzəm şəkildə həyata keçirməyə diqqət edəsiniz.

     

     5. Kompüterinizin fiziki təhlükəsizliyi

    İnternet Bankçılığı üçün istifadə etdiyiniz kompüterinizin təhlükəsizliyi mühüm əhəmiyyət kəsb edir. İnternet  Bank xidmətindən istifadə edərkən kompüterinizin yanından ayrılmamalısınız və əgər kompüterinizdən digər  şəxslər istifadə edirsə, bu şəxslərin təhlükəsizliyin qorunması üçün eyni dərəcədə diqqət göstərdiyindən əmin olmalısınız.

     

     6. Şifrə istifadəsi

    İnternet Bank şifrənizi müəyyən edərkən asan təxmin edilə biləcək rəqəm birləşməsi (məsələn doğum tarixiniz kimi) yaradılmaması və şifrənin müntəzəm olaraq dəyişdirilməsi təhlükəsizliyiniz baxımından ciddi əhəmiyyət daşıyır. Bu şifrənizin bankla əlaqədar istifadə etdiyiniz digər şifrənizlə eyni olmamasına fikir verməlisiniz.        

    Şifrənizi və istifadəçi kodunuzu kompüterinizə ya da hər hansı fiziki məkanda bir yerə yazmamalı, pul  kisənizdə  gəzdirməməli, heç kimə bildirməməli və bankınızın sizi bu şifrə və istifadəçi kodu ilə tanıdığını  unutmamalısınız.

     

    7. Ağıllı Şifrə İstifadəsi – Bir Dəfəlik Şifrə texnologiyası

    YapıKredi Azərbaycan İnternet Bankçılığı təhlükəsizliyiniz üçün sizə Ağıllı Şifrə təqdim edir. Ağıllı SMS və  ya Ağıllı Açar məhsullarından istədiyinizi seçərək hər istifadə zamanı sizin üçün xüsusi bir dəfə istifadəli şifrə  yaradıla bilər və bunun sayəsində iki mərhələli təhlükəsizlik təmin edə bilərsiniz.

     

    8. Phishing (e-poçtla məlumat ötürmə) və cəsus proqramlar kimi geniş yayılmış təhdidlərə qarşı virtual  klaviatura (e-klaviatura)

    İnternet Bank müştəriləri üçün ən geniş yayılmış təhlükəsizlik təhdidləri saxta e-poçtlardan gələn şifrə və  məlumat yeniləmə tələblərindən və istifadəçinin məlimatı olmadan onun kompüterinə yerləşən cəsus proqramlarından yaranır. Bu proqramlardan bəziləri, məsələn ‘keyloggers', proqramı klaviaturada hər düymənin  istifadəsini eyn sıra ilə casus istifadəçilərə çatdırma qabiliyyətinə sahibdir. 

    İnternet Bank xidmətində virtual klaviaturadan (e-klaviatura) istifadə, belə geniş yayılmış təhdidlərə qarşı effektiv müdafiəni təmin etmək üçün atdığımız addımlardan biridir. İstifadəçilərimizin e-poçt təhlükəsizliyi ilə əlaqədar məlumatlandırılmaları və antivirus / Fərdi Brandmower (Firewall) proqramlarının da köməyi ilə bu təhdidlər ciddi azaldılmışdır.

     

    9. Ümumi təhlükəsizlik parametrləri

    İnternet Bankçılığı xidmətimizdə ümumi təhlükəsizlik parametrləri mövcuddur. Əgər bu parametrləri öz istək və vərdişlərinizə müvafiq şəkildə təyin etmək istəyirsinizsə, hesablarınızı pul köçürməsi əməliyyatları üçün deaktiv edə və ya internet əlaqəsi yarada biləcəyiniz yerləri (məs. yalnız ev kompüterinizdən) və vaxtları (məs. yalnız  axşamları) məhdudlaşdıra bilərsiniz. Bütün bu proqramları “Təhlükəsizlik Parametrləri” menyusundan əldə edə bilərsiniz.

     

    10. Ümumi istifadə qaydaları

    Kompüterinizdə lisenziyalı proqramlardan istifadə edin.
    İnternetdən yüklədiyiniz və ya kompüterinizdə quraşdırmaq istədiyiniz proqramlardan virus olmadığında mütləq əmin olun.

    İnternet Bank xidmətindən istifadənizi ən təhlükəsiz şəkildə yekunlaşdırmaq məqsədilə ekran pəncərəsini X ilə bağlamaq əvəzinə “Təhlükəsiz Çıxış” düyməsindən istifadə edin. 

    Hesab hərəkətlərinizi və kredit kartı xərclərinizi müntəzəm şəkildə yoxlayın.
    Mənbəyini bilmədiyiniz proqramları kompüterinizə yükləməyin, “exe” formatlı proqramlara xüsusilə diqqət edin. 

    İnternet əlaqənizi ADSL ilə təmin edirsinizsə, internetdən istifadə etmədiyiniz zaman internet əlaqəsini kəsin. 

    İnternet Bank əməliyyatlarınızı, təhlükəsizliyindən əmin olmadığınızı, hər kəsin istifadəsinə açıq kompüterlər  vasitəsilə aparmayın. 

    Naməlum şəxs və ya qurumlardan göndərilmiş e-poçtların içərisində olan e-mail əlavələrinə klikləməyin, mesaja əlavə edilmiş faylları kompüterinizə yükləməyin. 

    Əlaqə qurmaq istədiyiniz internet səhifəsinin ünvanını brauzerinizin ünvan sətrinə şəxsən daxil edin.

    Şübhəli vəziyyətlərdə *0444 Yapı Kredi Azərbaycan Çağrı Mərkəzi ilə əlaqə yaradaraq İnternet Dəstək Komandamıza  müraciət edə bilərsiniz. 

     

    Zəruri Xəbərdarlıq

    Hesablarınızda sizə naməlum olan bir əməliyyatla üzləşdiyiniz və ya İnternet Bank xidmətinə daxil olmaq üçün istifadə etdiyiniz şifrənizin üçüncü şəxslər tərəfindən aşkarlandığını düşündüyünüz hallarda, dərhal *0444 nömrəli telefondan İnternet Dəstək Xəttimizə müraciət etməyinizi xahiş edirik. Müştəri Təmsilçilərimiz sizə lazımi dəstəyi göstərəcəklər.

Kredit borclarının
güzəşt kalkulyatoru

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru sizə təqdim edirik.

Kalkuyator üçün buraya klikləyin

SİZİN ÜÇÜN BURADAYIQ