• Əmanət yerləşdirə bilmək üçün nə etməyim lazımdır?

    Şəxsiyyət vəsiqənizlə/pasportunuzla hər hansı bir Yapı Kredi Bank filialına yaxınlaşaraq əmanət növlərimizdən istədiyinizi seçerək əmanətinizi yerləşdirə bilərsiniz.

  • Əmanət faizi necə hesablanır?

    Sizə bir nümunə ilə hesabat formasını başa sala bilərik. Misal üçün  1,000 AZN 1 ay müddətinə illik 5% ilə əmanət yerləşdiribsiniz. 1,000*5/100 = 50 AZN (1,000 AZN üçün bir illik faiz məbləği 50 AZN təşkil edir). Siz əmanətinizi 1 aylıq yerləşdirdiyiniz üçün 50 AZN-i bir ildeki ay sayına yəni 12 aya bölməliyik. 50/12 = 4.17 AZN (dörd manat on yeddi qəpik).  Sizin 1 ay müddətli illik 5% dərəcəli 1,000 AZN məbləğindəki əmanət faiz məbləğiniz 4.17 AZN (dörd manat on yeddi qəpik) təşkil edir. 

  • Mənim alacağım faizlərdən nə qədər vergi tutulacaqdır?

    2016-cı ilin Fevralın 1-dən etibarən 3 il müddətində yerli bank və bankın Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən filialları tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə, emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən divident, diskont (istiqrazın nominalından aşağı səviyyədə yerləşəşdirilməs nəticəsində yaranmış fərq) və faiz gəlirləri vergidən azad edilir.

  • Əgər mən məbləği vaxtından əvvəl götürmək istəsəm götürə bilərəmmi?

    Bəli siz istənilən vaxt əmanətinizi geri götürə bilərsiniz və bank 5 iş günü müddətində həmin əmanəti sizə verməyə borcludur. Bu zaman sizin əmanətiniz  üçün illik 0,25% məbləğində faiz ödənilir.



SİZİN ÜÇÜN BURADAYIQ