Faktura ödəmələrini telefonunla et!

21 yanvar 2026

Yapı Kredi Bank Azərbaycanın Mobil Bankçılıq xidməti ilə Faktura Ödənişlərini etmək artıq olduqca asandır! Bunun üçün tətbiqetməni smatfonunuza yükləyərək Ödəmələr-Faktura Ödəmələri menyusuna daxil olmaq kifayətdir.

Mobil Bankçılıq vasitəsilə aşağıdakı faktura ödəmələrini yerinə yetirə bilərsiniz:

  • Mobil Operator Ödənişləri
  • Sabit Telefon Ödənişləri
  • Kommunal Ödənişlər
  • Televiziya Ödənişləri
  • İnternet Provayder Ödənişləri

Yapı Kredi Mobil Bankçılıq tətbiqetməsi IOS, Android və Windows platformalı smartfonlar  tərəfindən dəstəklənir. Tətbiqetmə Azərbaycan, Türk, Rus və İngilis olmaqla 4 dildə xidmət göstərir. Bütün İnternet Bankçılıq istifadəçiləri Mobil Bankçılıqdan dərhal faydalana bilərlər.

Ətraflı məlumat üçün 7/24 fəaliyyət göstərən *0444 Yapı Kredi Telefon Mərkəzinə müraciət edə bilərsiniz.