Mikro, kiçik və orta biznes nümayəndələrindən olan müştərilərimizin nəzərinə:
Bildiyiniz kimi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) özəl sektor ilə əməkdaşlıqda KOB İnkişaf Mərkəzləri yaratmağa başlamışdır. KOB İnkişaf Mərkəzləri KOB-lara və yeni biznesə başlayanlara öz bizneslərini inkişaf etdirmək üçün təlim, məsləhət və şəbəkələşmə xidmətləri təqdim edir və onları əməkdaşlığa dəvət edir. Azərbaycan Banklar Assosiasiyasının (ABA) törəmə qurumu olan Azərbaycan Bank Tədris Mərkəzi (ABTC) 25 sentyabr 2020-ci ildə açılmış Bakı KOB İnkişaf Mərkəzinin (KOBİM) operatorudur. Bakı KOBİM tərəfindən mikro, kiçik və orta biznes nümayəndələrinə, startuplara və ölkədə sahibkarlıq subyekti olaraq fəaliyyət göstərmək istəyən hər bir vətəndaşa, bankların MKOB müştərilərinə ödənişsiz xidmətlər (təlim, məsləhət və şəbəkələşmə) təqdim ediləcəkdir. Azərbaycan Banklar Assosiyasiyası və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Bakı KOB İnkişaf Mərkəzi arasında mövcud əməkdaşlıq çərçivəsində bankların mikro, kiçik və orta biznes nümayəndələrindən olan müştəriləri üçün aylıq təlimlər keçirilir. Təlimlər bankların müştəriləri üçün ödənişsizdir. ABA-KOBIM may təlim cədvəli