• İnternet Bankçılığa necə qoşula bilərəm?

    İnternet Bankçılığa qoşulmaq üçün filiallarımızdan birinə müraciət edə bilərsiniz. Müştəri təmsilçisi müraciətinizi qəbul etdikdən sonra seçiminizə uyğun olaraq sabit şifrəniz bankımızda qeydiyyata alınmış mobil nömrənizə SMS ilə göndəriləcək və ya zərfin içərisində sizə veriləcək. 

  • Müştəri nömrəsi nədir?

    Müştəri nömrəniz İnternet Bankçılığa daxil olan zaman istifadə etdiyiniz istifadəçi kodudur. Müştəri nömrənizi xatırlamırsınızsa, *0444 Telefon Mərkəzi ilə 7/24 əlaqə saxlayaraq öyrənə bilərsiniz

  • Şifrəmi unutmuşam. Nə etməliyəm?

    Şifrənizi xatırlamırsınızsa, *0444 Telefon Mərkəzi ilə 7/24 əlaqə saxlayaraq öyrənə bilərsiniz. 

  • Ağıllı SMS nədir?

    Ağıllı Şifrə növlərindən biri olan "Ağıllı SMS", İnternet Bankçılığa giriş və ödəmə əməliyyatlarınız üçün mobil telefonunuza "Bir Dəfəlik Şifrə" göndərilməsi sistemidir.

  • Ağıllı Açar nədir?

    Ağıllı Açar İnternet Bankçılıq istifadəçilərini iki pilləli təhlükəsizliklə təmin edən məhsuldur. Ağıllı Açardan hər istifadə zamanı “Bir Dəfəlik Şifrə” yaranır və bu şifrədən İnternet Bankçılığa giriş və əməliyyatların təsdiq edilməsində istifadə edilir.

    "Bir Dəfəlik Şifrə"-ni Müştəri Nömrəsi və şifrənizi daxil etdikdən sonra açılan yeni ekranda göstərilən xanaya daxil etməklə sistemə özünüzü tanıtmış olursunuz. 

  • Şirkət / İstifadəçi Kodumu unutmuşam. Nə etməliyəm?

    Şirkət və / və ya İstifadəçi Kodunu unutduğunuz təqdirdə filialınızla ya da *0444 Telefon Mərkəzi ilə 7/24 əlaqə saxlaya bilərsiniz. 

  • İstifadəçi Kodunun əvəzinə İstifadəçi adından (ləqəb) istifadə edə bilərəm?

    Bəli, İstifadəçi Kodunun əvəzinə istədiyiniz adı İnternet Bankçılığa daxil olan zaman istifadə edə bilərsiniz.

    Mövcud Müştəri Nömrəniz ilə İnternet Bankçılığa daxil olduqdan sonra istəyinizə uyğun olaraq daha asan xatırlaya biləcəyiniz bir istifadəçi adı təyin edə bilərsiniz. Bunun üçün internet səhifəsinə daxil olduqdan sonra Şifrə Əməliyyatları menyusunda yerləşən İstifadəçi Kodu Təyinetmə/Dəyişdirməyə daxil olaraq, daha asan yadda qalan istifadəçi adı daxil edə bilərsiniz. Beləliklə, həm əvvəlki istifadəçi kodu, həm də yeni təyin etdiyiniz istifadəçi adından istifadə edə bilərsiniz. 

  • Ağıllı SMS nömrə dəyişikliyi necə həyata keçirilir?

    Ağıllı SMS-də qeydiyyatda olan nömrəniz hələ də aktivdirsə, İnternet Bankçılığa daxil olduqdan sonra Təhlükəsizlik Parametrləri / Ağıllı Şifrə / Ağıllı SMS / Ağıllı SMS nömrə dəyişikliyi menyusunda hazırkı nömrənizə göndəriləcək bir dəfəlik təsdiq şifrəsi ilə dəyişiklik edə bilərsiniz. 4.Ölkə xaricinə çıxdığım zaman Ağıllı SMS-dən istifadəyə davam edə bilərəm? Ölkə xaricində Roming xidmətindən istifadə edirsinizsə Ağıllı SMS-dən istfadə edə bilərsiniz. Əks təqdirdə Ağıllı Açardan istifadə təklif olunur.

  • Ağıllı Açarın üstünlükləri nələrdir?

    1. İki pilləli təhlükəsizliyi təmin edir;
    2. Verilən şifrələr təkrar istifadə edilə bilməz;
    3. İstifadə etmək asandır

  • Ağıllı Açara görə hər hansı bir məbləğ ödəməliyəm?

    Ağıllı Açarın qiyməti 10AZN-dir.

  • ATM-dən çəkə biləcəyim minimum hissə - hissə nağd avans məbləği nə qədərdir?

    Hissə - hissə nağd avansın minimum məbləği 100 AZN təşkil edir.

  • ATM vasitəsilə hesab bildiriş əldə etmək mümkündürmü?

    ATM-də “Hesab bildiriş” menyusunu seçərək son dövr hesab bildiriş məlumatlarını görmək, cari dövr borcu, minimum ödənilməli məbləğ, son ödəniş tarixi kimi məlumatları əldə etmək mümükündür.



Kredit borclarının
güzəşt kalkulyatoru

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru sizə təqdim edirik.

Kalkuyator üçün buraya klikləyin

SİZİN ÜÇÜN BURADAYIQ